Çərşənbə, 27 Aprel 2022 06:36

İdxal ediləcək mallar barədə məlumat forması hansı vaxtda və necə göndərilməlidir? (1-ci yazı)

Mks.az saytının ekspertləri idxal ediləcək mallar barədə məlumat forması ilə bağlı bəzi mürəkkəb məqamlara aydınlıq gətirəcək. İlk yazımızda formanın təqdim edilməsi vaxtı və üsuluna aydınlıq gətirəciyik.

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 6 saylı, 14 mart 2022-ci il qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq edilib.  Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixdən etibarən Vergi Məcəlləsinə əlavə edilən 16.1.11-11-ci maddəyə əsasən,  neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək vergi ödəyicisinin vəzifələrinə əlavə edilmişdi.  Vergi ödəyiciləri idxal olunan malın məqsədindən asılı olaraq aşağıdakı məlumatları vergi orqanına təqdim etməlidir:

- mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

- mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

- mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə.

Mks.az saytının ekspertləri idxal ediləcək mallar barədə məlumat forması ilə bağlı bəzi mürəkkəb məqamlara aydınlıq gətirəcək. İlk yazımızda formanın təqdim edilməsi vaxtı və üsuluna aydınlıq gətirəciyik.

Vergi Məcəlləsinə əlavə edilən 16.1.11-11-ci maddədə qeyd edilir ki, idxal ediləcək mallar barədə məlumat forması malların idxal olunacağı tarixədək təqdim edilməlidir. Maraqlıdır ki, malların idxal olunacağı tarix dedikdə hansı tarix nəzərdə tutulur.

Fikrimizcə, vergi ödəyicisi tərəfindən idxal ediləcək mallar barədə məlumat formasının təqdim edilməsi prosesi malların gömrük nəzarətindən çıxanadək yekunlaşmalıdır. Formada qısa idxal bəyannaməsi haqqında məlumatın əks edirilməsi də nəzərdə tutulduğu üçün məlumatlar həmin sənəddən sonra tərtib edilir. Təqdim edilmə ilə bağlı əsas diqqət yetiriləsi məqam odur ki, forma malların idxal prosesi başa çatmadan vergi orqanına göndərilməlidir.

Formanın elektron və ya kağız formada təqdim olunmasına gəlincə isə, hal-hazırda formanın kağız yox, təsdiqlənmiş formanın scan variantının onlayn kargüzarlıq vasitəsiylə göndərilməsi tələb olunur. Vergi orqanından əldə etdiyimiz məlumata əsasən, yaxın zamanlarda həmin formanın elektron variantının tərtib olunaraq göndərilməsi prosesini yekunlaşdıracaqlar. Vergi ödəyicisi artıq məlumatları elektron formada idxal ediləcək mallar barədə məlumat formasına daxil etməklə elektron formada vergi orqanına göndərəcəklər.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

1 Şərh

  • Şərh bağlantısı Yusifov Kənan Şənbə, 25 İyun 2022 10:16 tərəfindən təqdim olunub Yusifov Kənan

    Salam.
    Kağız formatda tərtib edib, imza möhürlü, Online karğüzarlıq vasitəsilə, göndərmək mümkündür.
    Amma, new.e-taxes.gov.az saytında hardan və necə keçid edib, məlumatları elektron təqdim etməliyik, onun təlimatı heç yerdə yoxdur.
    İmkan daxilində, köməklik göstərməyinizi xahiş edirəm.

Şərh yazın