Məzuniyyət zamanı niyə həmişə “sonuncu əməkhaqqı” anlayışı tətbiq edilməlidir?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
Həmkarlarımızdan daxil olan suallardan biri ondan ibarətdir ki, niyə Əmək Məcəlləsində məzuniyyət hesablanması zamanı həmişə sonuncu əməkhaqqı tətbiq edilmir. Məzuniyyət üçün orta əməkhaqqı sonuncu əməkhaqqından yüksək ola bilərmi?
Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Nazirlər Kabinetinin 137 saylı qərarı ilə məzuniyyət üçün orta əməkhaqqı hesablanarkən nəzərə alınan və nəzərə alınmayan ödənişlərin siyahısı müəyyən edilib.
Əmək Məcəlləsinin 140-cı maddəsinin üçüncü hissəsinə əsasən, məzuniyyət günlərinin əməkhaqqını müəyyən etmək üçün, məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləği 12-yə bölünərək orta aylıq əməkhaqqı tapılır. Sonra bu məbləğ ayın təqvim günlərinin orta illik miqdarı olan 30,4-ə bölünərək bir günlük əməkhaqqı müəyyən edilir. Nəticədə bir günlük əməkhaqqı məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Mümkündür ki, işçi məzuniyyət hüququndan istifadə etdiyi dövrdən əvvəlki 12 ay ərzində mükafatlar, əvəzetmələr, bayram günləri və iş vaxtından artıq işlərə görə əlavə əldə etsin. Bu halda, Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən hesablanan bir günlük əməkhaqqı daha yüksək olacaq. Beləliklə, işçinin məzuniyyət dövründəki orta əməkhaqqı sonuncu əməkhaqqından yüksək ola bilər.
Digər nümunələr də mövcuddur:
Mİsal 1. Mühəndis vəzifəsində çalışan işçinin tarif (vəzifə) maaşı 1400 manat olub. Həmin vəzifədə 1 il çalışdıqdan sonra işçi tarif (vəzifə) maaşı 800 manat olan mütəxəssis vəzifəsinə keçir. İşçi məzuniyyət hüququndan istifadə etdikdə, son 12 ayın göstəricilərinə əsasən orta əməkhaqqı 1400 manat üzərindən hesablanacaq. Nəticədə məzuniyyət üçün ödəniləcək əməkhaqqı işçinin məzuniyyət dövründəki sonuncu əməkhaqqından yüksək olacaq.
Mİsal 2. İşçi son 3 ay ərzində başqa işçini əvəz etdiyi üçün əvəzetməyə görə əlavə əməkhaqqı alıb. Əvəzetmə bitdikdən sonra işçi məzuniyyətə çıxdıqda, son 12 ay üzrə hesablanan orta əməkhaqqı onun sonuncu əməkhaqqından yüksək ola bilər.
Bu misallardan aydın olur ki, Əmək Məcəlləsində məzuniyyət dövrü üçün yalnız “sonuncu əməkhaqqı”nın tətbiqi bəzi işçilərin hüquqlarının pozulmasına səbəb ola bilər.
Buna görə, məzuniyyət hesablanarkən son 12 ay üzrə orta əməkhaqqı nəzərə alınır ki, işçinin hüquqları qorunsun.
Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Kitabın qiyməti: 60 manat
Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.
Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın