ƏMAS platformasında YENİLİK: Əmrlər üzrə reyestr məlumatları ayrıca bölmədə təqdim olunur
ƏMAS platformasında hazırda 3 növ əmrin — əmək müqaviləsinə xitam, məzuniyyət və ezamiyyət əmrlərinin elektron formada tərtib edilməsi mümkündür.
Bununla yanaşı, bəzi əmrlərin ƏMAS platformasında birbaşa elektron formada tərtib edilməsi mümkün olmasa da, kağız daşıyıcıda hazırlanan həmin əmrlər barədə məlumatların platformaya daxil edilməsi tələb olunur.
İşəgötürən “Əmr yarat” → “Digər əmrlərin qeydiyyatı” altbölməsinə daxil olmaqla müvafiq əmrlərin ƏMAS platformasında qeydiyyatını həyata keçirə bilər.

Bu əmrlərə, o cümlədən aşağıdakılar aid edilir:
- istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi;
- əvəzgünün verilməsi;
- natamam və ya qısaldılmış iş vaxtının tətbiqi;
- iş rejiminin müəyyən edilməsi;
- intizam tənbehinin verilməsi;
- xəbərdarlıq edilməsi;
- mükafatlandırma;
- işçinin işdən kənarlaşdırılması və digər əmrlər.
İşəgötürən müvafiq hallarda həmin əmrlərin surətini də “Digər əmrlərin qeydiyyatı” altbölməsi vasitəsilə ƏMAS platformasına daxil etməlidir.
Yenilik nədən ibarətdir?
ƏMAS platformasının “Statistik məlumatlar” bölməsində “İşçinin işdən kənar edilməsi məlumatları üzrə reyestr” adlı ayrıca altbölmə yaradılıb.

Bu altbölmədə işəgötürənin “Digər əmrlərin qeydiyyatı” vasitəsilə işdən kənarlaşdırma ilə bağlı daxil etdiyi məlumatlar reyestr şəklində əks olunur.
Misal: İşəgötürən 3 işçini Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqlarına görə işdən kənarlaşdırıb.
Bu halda “Digər əmrlərin qeydiyyatı” altbölməsində hər bir işçi üzrə müvafiq əmrin ayrıca yüklənməsi həyata keçirilir. “Statistik məlumatlar” → “İşçinin işdən kənar edilməsi məlumatları üzrə reyestr” altbölməsində isə işdən kənarlaşdırılmış işçilər barədə məlumatlar ümumi siyahı — reyestr şəklində təqdim olunur.

Beləliklə, yeni reyestr bölməsi işəgötürənə işdən kənarlaşdırma ilə bağlı ƏMAS-a daxil edilmiş məlumatları vahid siyahı üzrə izləmək və ümumiləşdirilmiş şəkildə əldə etmək imkanı yaradır.
Məlumat üçün: MKS Academy tərəfindən 3 dərsdən ibarət “ƏMAS Platforması: A-dan Z-yə” təliminin VI qrupuna 5 oktyabr 2026-cı il tarixdə start veriləcək.
Təlimdə iştirak və qeydiyyat üçün 050 (055) 368-12-72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın