YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək

YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək

Azərbaycanda kameral gömrük auditi həyata keçiriləcək. Yeni mexanizm 3 sentyabr 2026-cı il tarixindən qüvvəyə minmiş Gömrük Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.

Kameral gömrük auditi nədir?

Qanunvericiliyə əsasən, kameral gömrük auditi gömrük bəyannamələrində olan məlumatların xarici ticarət fəaliyyəti ilə bağlı kommersiya, maliyyə və nəqliyyat sənədləri, eləcə də əldə edilmiş digər sənədlər əsasında araşdırılması və təhlili yolu ilə aparılacaq.

Auditin əsas xüsusiyyəti ondan ibarətdir ki, yoxlama ayrıca qərar qəbul edilmədən və yoxlanılan şəxsin fəaliyyət göstərdiyi yerə getmədən həyata keçiriləcək.

Kameral gömrük auditi hansı müddətdə aparılacaq?

Kameral gömrük auditi malların buraxılışından sonra 60 iş günündən artıq olmayan müddətdə aparılacaq.

Eyni gömrük bəyannaməsi üzrə kameral gömrük auditinin təkrar aparılmasına yol verilməyəcək.

Gömrük orqanının zəruri sənəd və məlumatların əldə edilməsi məqsədilə göndərdiyi beynəlxalq sorğular olduqda auditin müddəti 30 iş gününədək uzadıla biləcək.

Uyğunsuzluq aşkar edilərsə nə baş verəcək?

Kameral gömrük auditi başa çatdıqdan sonra gömrük bəyannaməsində və ona əlavə edilmiş sənədlərdə təhrif olunmuş, düzgün olmayan və ya natamam məlumatlar aşkar edilərsə:

  • gömrük orqanı 5 iş günü ərzində xarici ticarət iştirakçısına əlavə məlumat, sənəd və izahatların təqdim edilməsi barədə bildiriş göndərəcək;
  • tələb olunan məlumat, sənəd və izahatlar 10 iş günü ərzində gömrük orqanına təqdim edilməlidir;
  • təqdim edilmiş əlavə sənəd və məlumatlara gömrük orqanı tərəfindən 10 iş günü ərzində baxılacaq;
  • uyğunsuzluq təsdiqlənərsə, 5 iş günü ərzində xarici ticarət iştirakçısına müvafiq qərar göndəriləcək.

Sənədlər təqdim edilməzsə...

Tələb olunan sənəd və məlumatlar üzrlü səbəb olmadan təqdim edilmədikdə, gömrük orqanı əldə etdiyi əlaqəli məlumatlar əsasında qanunvericiliyə uyğun olaraq gömrük ödənişlərini hesablamaq və bu barədə şəxsə qərar göndərmək hüququna malik olacaq.

Gömrük orqanının qərarında aşkar edilmiş uyğunsuzluqlar barədə məlumat, həmçinin barəsində kameral gömrük auditi aparılmış şəxsin şikayət etmək hüququ göstərilməlidir.

Kameral audit səyyar auditlə nəticələnə bilər

Diqqət edilməli digər mühüm məqam odur ki, kameral gömrük auditinin nəticələrindən asılı olaraq plandankənar (növbədənkənar) səyyar gömrük auditi də həyata keçirilə bilər.

Beləliklə, yeni mexanizm xarici ticarət əməliyyatları həyata keçirən müəssisələrin gömrük bəyannamələri ilə mühasibat, maliyyə, kommersiya və nəqliyyat sənədləri arasındakı məlumatların uyğunluğuna daha ciddi diqqət yetirməsini zəruri edir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər