Natamam iş vaxtında nahar fasiləsi müəyyən edilməyə bilər?

Natamam iş vaxtında nahar fasiləsi müəyyən edilməyə bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

Əmək qanunvericiliyində işçinin günün hansı hissəsində nahar fasiləsinə çıxması qeyd olunmayıb. Mümkündür ki, işçiyə nahar fasiləsi olmadan 4 saatlıq gündəlik iş saatı müəyyən edilsin. Təcrübədə işəgötürən tərəfindən işçiyə əmək funksiyasını yerinə yetirdikdən 4 saat sonra nahar fasiləsindən istifadə imkanı yaradılır. Əmək Məcəlləsinin 103-cü maddəsinin birinci hissəsində qeyd edilir ki, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Bu maddədəyə əsasən bildirməliyik ki, işçi tam iş vaxtında işlədiyi halda nahar fasiləsindən istifadə etməlidir. İşçi 8 saaat işləyirsə, mütləq ona işəgötürən tərəfindən nahar fasiləsi imkanı yaradılmalıdır.
Bir məqamı da qeyd edək ki, Rusiya Federasiyasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, işçinin gündəlik iş vaxtı 4 saatdan çox olmadıqda, daxili əmək qaydaları və ya əmək müqaviləsi ilə ona istirahət və qidalanma üçün fasilənin verilməməsi nəzərdə tutula bilər.
Bundan əlavə, həmin maddədə istirahət və qidalanma üçün verilən fasilənin minimum və maksimum müddəti də müəyyən edilmişdir. Belə ki, işçiyə iş günü (növbəsi) ərzində ən azı 30 dəqiqə, ən çoxu isə 2 saat istirahət və qidalanma üçün fasilə verilməlidir. Bu fasilə iş vaxtına daxil edilmir.
Fikrimizcə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də bu məsələlərin daha konkret tənzimlənməsi məqsədəuyğun olardı. Xüsusilə, gündəlik iş vaxtı qısa olan işçilərə nahar fasiləsinin verilməməsinin mümkünlüyü, eləcə də nahar fasiləsinin minimum və maksimum müddətinin qanunvericilikdə dəqiq müəyyən edilməsi həm işəgötürənlər, həm də işçilər üçün hüquqi müəyyənliyi artırar və praktikada yaranan mübahisələrin qarşısının alınmasına xidmət edər.
ƏMAS platformasında işçinin beşgünlük və ya altıgünlük iş rejimində çalışmasından və gündəlik iş saatlarının sayından asılı olmayaraq, nahar fasiləsinin qeyd edilməsi tələbi müəyyənləşdirilib. Məsələn, işçi natamam iş vaxtı rejimində saat 16:00-dan 18:00-dək işləyirsə, işəgötürən nahar fasiləsinə dair məlumatları məhz həmin iş vaxtı intervalı daxilində qeyd etməlidir. Əks halda, yəni nahar fasiləsi iş vaxtı aralığından kənar müddət üçün göstərildikdə, ƏMAS platforması növbəti mərhələyə keçidə icazə vermir və müvafiq məhdudiyyət bildirişi təqdim edir.

1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 60 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər