Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilər?

Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

ƏMAS altsistemində işəgötürən və işçi arasında əmək müqaviləsinə dəyişiklik olduqda bütün hallarda elektron əmək müqaviləsinin imzalanması həyata keçirilir. Əmək Məcəlləsinin 46-cı maddəsinin altıncı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu səbəbdən də əmək müqavilələrinə dəyişiklik olduqda yenidən onlayn əmək müqaviləsi tərtib edilir. Əmək Məcəlləsinin 49-cu maddəsinə qeyd edilir ki, əmək müqaviləsinə dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Əmək Məcəlləsinnin 1 saylı əlavəsində əmək müqaviləsinə dəyişikliyin hüquqi qüvvəyə minməsi üçün iki variant təklif edilir. Belə ki, əmək müqaviləsinin nümunəvi formasının 8.3-cü bəndində qeyd edilir ki,  tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya _____ gündən gec olmayaraq qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

Bәnddәn göründüyü kimi, әmәk müqavilәsinә dәyişikliklәrin hüquqiqüvvәyə minmәsi üçün 2 variant var:
- dəyişikliklər və əlavələr imzalandığı tarixdən 
və ya 
- _____ gündən gec olmayaraq.
İkinci variant o halda mümkündür ki, işçi vә işәgötürәn arasında bağlanan əmək müqaviləsində 2 sentyabr tarixdә dәyişiklik edilsә dә, sənədin hüquqi qüvvәyә minmә tarixi öncәki - misal üçün, 15 sentyabr tarixi olsun.
Əmək müqaviləsinə dəyişikliklə bağlı prosesin necə həyata keçirilməsini misalla izah edək. 

Misal. İşəgötürən və işçi arasından bağlanan əmək müqaviləsinə edilən dəyişikliyə əsasən, işçi yeni vəzifəyə keçirilir. Bu zaman işəgötürən cari əmək müqaviləsi üzrə dəyişiklik həyata keçirdikdə, hər iki tərəfin imzaladığı tarixdən işçinin yeni vəzifəyə keçirilməsi təsdiqlənir. İşəgötürən dəyişiklik edilmiş elektron əmək müqaviləsini imza üçün işçiyə göndərir. İşçi elektron əmək müqaviləsini elektron imza ilə imzaladıqdan sonra işəgötürən tərəfindən də eyni proses həyata keçirilir. İşəgötürən elektron əmək müqaviləsini imzadıqdan sonra işçinin yeni vəzifəyə keçməsinin hüquqi qüvvəsi olacaq. Əks halda, işəgötürən tərəfindən işçinin yeni vəzifəyə keçirilməsinin hüquqi əsası olmayacaq.

 

1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 

Kağız formatda - 60 manat

Elektron formatda - 24 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər