Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb

Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb

Saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslərlə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” MMC-nin təsisçisi və direktoru, eyni zamanda MMC-yə məxsus “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Səmayə Əşrəfova ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İstintaq materiallarına görə, onların 2017–2024-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaqla həmin şəxsləri müvafiq tibbi müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlərlə təmin etmələrinə və həmin sənədlər əsasında müavinətlərin ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2, 308.2, 311.3.1, 311.3.2 və 313-cü, Səmayə Əşrəfovaya isə 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

Bundan əlavə, “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanıb, Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, həmin əməllərin törədilməsində iştirak etdiyi bildirilən digər şəxslərlə bağlı materiallar ayrıca icraata ayrılıb və ibtidai istintaq davam etdirilir.

MKS Academy-dən növbəti tematik təlimlər

MKS Academy əmək münasibətləri və hesablamalar sahəsində çalışan mütəxəssislər üçün sentyabr ayında iki tematik təlim təşkil edir.

“Müavinətlər: A-dan Z-yə”

Tarix: 10 sentyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)

“Məzuniyyətin hesablanması: A-dan Z-yə”

Tarix: 15 sentyabr 2026-cı il
Saat: 19:00–21:00
Müddət: 2 saat
Format: Onlayn (ZOOM)

Təlim iştirakçılarına sertifikat təqdim edilir.

Təlimlərə həm fərdi qaydada, həm də təşkilat hesabına qoşulmaq mümkündür. Təşkilatlar üçün müqavilə, elektron qaimə və digər zəruri sənədlər təqdim edilir.

Qeydiyyat və ətraflı məlumat:
050 / 055 368 12 72
mksacademy2022@gmail.com

MKS Academy
Öyrətmək savab, öyrənmək qazancdır!

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər