ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi
ƏMAS alt sisteminin təkmilləşdirilməsi və istifadəçilərin praktiki fəaliyyətdə qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində yeniliklərin tətbiqi davam etdirilir.
Məlum olduğu kimi, 1 may 2025-ci il tarixindən etibarən xəstəlik vərəqələrinin (əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədlərin) verilməsi elektron formata keçirilib. Lakin praktiki fəaliyyətdə işəgötürənlər və mühasiblər müəyyən texniki çətinliklərlə qarşılaşırdılar. Belə ki, işçiyə elektron xəstəlik vərəqəsi rəsmiləşdirilsə də, bəzi hallarda həmin məlumatlar ƏMAS sistemində görünmürdü.
İki sistem arasında yaranan texniki uyğunsuzluğun aradan qaldırılması məqsədilə ƏMAS alt sistemində “Xəstəlik vərəqələrinin yenilənməsi” adlı yeni bölmə istifadəyə verilib.
Yeni bölmə ƏMAS alt sistemində “Xəstəlik vərəqələri reyestri” menyusunun daxilində yerləşdirilib.

Müvafiq işçinin məlumatlarının qarşısında yerləşən “Məlumatı yenilə” düyməsi sıxıldıqda ƏMAS sistemi aidiyyəti elektron səhiyyə informasiya sisteminə sorğu göndərərək məlumatların yenilənməsini həyata keçirir.

Nəticədə elektron xəstəlik vərəqəsi üzrə məlumatların sistemlər arasında ötürülməsi zamanı yaranmış texniki uyğunsuzluğun aradan qaldırılması və məlumatların ƏMAS-da düzgün əks olunması təmin edilir.
Beləliklə, əvvəllər elektron xəstəlik vərəqəsi rəsmiləşdirilməsinə baxmayaraq, məlumat ƏMAS-da görünmədiyi hallarda işəgötürən və ya aidiyyəti istifadəçi yeni funksionallıq vasitəsilə məlumatın yenilənməsini həyata keçirə bilər.
7 sentyabr tarixində “ƏMAS Platforması: A-dan Z-yə” təliminə start verilir!
ƏMAS platformasında tətbiq edilən son yenilikləri, o cümlədən elektron xəstəlik vərəqələri və digər modul və funksionallıqlarla bağlı dəyişiklikləri praktiki şəkildə öyrənmək istəyənlər üçün MKS Academy tərəfindən növbəti təlim təşkil olunur.
3 dərsdən ibarət olan ƏMAS Platforması: A-dan Z-yə (Bonus: isb.az və e-gov.az) - IV qrup
Tarix: 7, 9 və 11 sentyabr 2026
Təlim iştirakçılarına sertifikat təqdim edilir.
Təlimə həm fərdi, həm də təşkilat hesabına (müqavilə, e-qaimə və s.) qoşulmaq mümkündür.
Qeydiyyat: 050 / 055 368 12 72
mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın