Özünəinamı necə qazanmaq olar?

Özünəinamı necə qazanmaq olar?

Sual: Mahmud Məmmədovun problemi ondan ibarətdir ki, böyük işlərə başlamaq istəsə də, işin uzun çəkəcəyi ehtimalı onun əlini işdən soyudur. Ümumiyyətlə, böyük işlərə başlamaq üçün insan necə hazırlaşmalıdır?

Cavab:  Mahmud, bu çox genişcavab tələb edən sualdır. Sualını oxuyan kimi yadıma ideyalararının reallaşması uçun vaxt tələb olunan məşhur ixtiraçılar düşdü. Məsələn, elektrik lampasını kəşf etmiş Tomas Edison və yaxud da telefonu ixtira edən Aleksandr Qraham Bell. Onlar ideyalarını reallaşdıran zaman təkcə uzun illərin uğursuzluqları ilə üzləşməyiblər, həm də cəmiyyət tərəfindən axmaq kimi qəbul ediliblər. Qaliley deyirdi ki, yer kürə formasındadır və fırlanır. Onun bu fikrinin dinə zidd olduğunu iddia edənlər böyük alimi ömrünün son günlərində ev dustağı etmişdilər. XIX əsrin ortalarında macarıstanlı həkim İqnaz Semmelveys tibb sahəsində çalışanları inandıra bilmirdi ki, sadəcə əl yumaqla doğuş zamanı ana ölümünün sayını kəskin şəkildə azaltmaq olar. Bir Allah bilir ki, bu insanlar öz fikirlərini

həyata keçirən zaman nə qədər çətinliklərlə üzləşiblər? Bəlkə də səndə bu deyilənlərdən sonra öz ideyalarını həyata keçirmək üçün onların bioqrafiyalarını oxumaq istəyi yarandı. Əlbəttə ki, onlar özlərinə əmin idilər və doğru yolda olduqlarına inanırdılar. Onlar eyni zamanda, digər layihə və ixtiralar üzərində də işləyirdilər. Onlar inanılmaz dərəcədə inadkar idilər və bəzən ətraflarında olan insanlardan ayrılır və özlərini ətraflarında baş verənlərlə bağlı görməzliyə vururdular. Çox təssüf ki, bu çətinliklər onların sağlamlıqlarına da təsirsiz ötüşmürdü. Məsələn, bayaq adını çəkdiyim Semmelveysi psixiatrik xəstəxanaya salmışdılar.

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər