ƏLA TƏKLİF! ƏMAS platformasında texniki problem işəgötürənin təqsiri hesab edilməyəcək? (9-cu yazı)
MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktik misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də əməkhaqqının ödənilməsinin gecikdirilməsinə görə işəgötürənin məsuliyyəti ilə bağlıdır.
Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Həmin maddənin “Qeyd” hissəsində işəgötürənin təqsiri üzündən gecikdirilmə anlayışına aydınlıq gətirilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsinə “habelə elektron informasiya sistemində texniki problemlərin yaranması” ifadəsinin əlavə edilməsi təklif olunur.
Dəyişikliyin məqsədi əməkhaqqının elektron informasiya sistemində yaranmış texniki problem səbəbindən gecikdirilməsi halının işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qiymətləndirilməməsidir.
Başqa sözlə, əməkhaqqının ödənilməsi ƏMAS altsistemində yaranmış texniki nasazlıq səbəbindən gecikərsə, işəgötürənə əməkhaqqının gecikdirilməsinə görə nəzərdə tutulan ödəncin hesablanmaması mümkün olacaq.
İndi isə təklif edilən dəyişikliyi praktik misalla izah edək.
Misal. Müəssisədə əməkhaqqının hər ayın 5-də ödənilməsi müəyyən edilib. İşəgötürən əməkhaqqının ödənilməsi üçün tələb olunan məlumatları vaxtında ƏMAS altsisteminə təqdim etmək istəyir. Lakin sistemdə yaranmış texniki problem səbəbindən ödəniş əməliyyatının həyata keçirilməsi mümkün olmur.
Texniki problem ayın 8-də aradan qaldırıldıqdan sonra işəgötürən əməkhaqqının ödənilməsini təmin edir. Bu halda əməkhaqqının ödənilməsi 3 gün gecikmiş olsa da, gecikmə işəgötürənin təqsiri üzündən deyil, elektron informasiya sistemində yaranmış texniki problem səbəbindən baş verib.
Təklif edilən dəyişikliyə əsasən, gecikmənin məhz elektron informasiya sistemində yaranmış texniki problemlə bağlı olduğu təsdiqlənərsə və işəgötürənin təqsiri müəyyən edilməzsə, həmin 3 gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödəncin verilməsi tələb olunmayacaq.
MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər barədə oxucularımıza məlumat verməyə davam edəcəyik. Əməkhaqqının ödənilməsinin gecikdirilməsinə görə məsuliyyət və digər yeniliklər 12 noyabr 2026-cı il tarixində keçiriləcək onlayn tematik təlimdə praktik misallarla ətraflı izah olunacaq.
ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!
Təlimdə müzakirə ediləcək əsas mövzular:
- Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;
- İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;
- Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;
- Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;
- Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.
Tarix: 12 noyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)
XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.
DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!
Qeydiyyat və ətraflı məlumat: 050 368-12-72 / 055 368-12-72 (WhatsApp)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
3. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
4. Əməyin uçotu: A-dan Z-yə - 2026
5. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
2. ƏMAS Platforması: A-dan Z-yə 2026
3. Vergi uçotu: A-dan Z-yə 2026
4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın