YENİ TƏLƏB! Saatlıq əməkhaqqı alan işçi 30 dəqiqə işlədikdə əməkhaqqı necə hesablanacaq? (7-ci yazı)

YENİ TƏLƏB! Saatlıq əməkhaqqı alan işçi 30 dəqiqə işlədikdə əməkhaqqı necə hesablanacaq? (7-ci yazı)

2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.

MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktik misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də saatlıq əməkhaqqı müəyyən edilmiş işçilərin gündəlik iş vaxtının bir saatdan az olması halında əməkhaqqının hesablanması ilə bağlıdır.

Belə ki, Əmək Məcəlləsinə aşağıdakı məzmunda 155.3-2-ci maddənin əlavə edilməsi təklif olunur:

“Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz və həmin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınır və ödənilir.”

Təklif edilən müddəadan göründüyü kimi, saatlıq əməkhaqqı alan işçinin gündəlik iş vaxtı bir saatdan az olduqda ona ödənilən əməkhaqqının minimum saatlıq əməkhaqqından aşağı olmaması nəzərdə tutulur.

Misal. İşçi ilə bağlanmış əmək müqaviləsində saatlıq əməkhaqqı 6 manat müəyyən edilib. İşçi iş qrafikinə əsasən gün ərzində cəmi 30 dəqiqə çalışır.

Əməkhaqqı faktiki işlənmiş vaxta mütənasib hesablandıqda işçiyə 30 dəqiqəlik işə görə 3 manat (6 manat × 30 dəqiqə / 60 dəqiqə) əməkhaqqı düşür.

Lakin təklif edilən yeni müddəaya əsasən, gündəlik iş vaxtı bir saatdan az olduqda işçiyə ödənilən əməkhaqqı minimum saatlıq əməkhaqqından aşağı ola bilməz.

Tutaq ki, minimum saatlıq əməkhaqqı şərti olaraq 6 manat müəyyən edilib. Bu halda işçinin faktiki işlədiyi 30 dəqiqəyə görə hesablanan 3 manat əvəzinə ona ən azı 6 manat əməkhaqqı ödənilməlidir.

Beləliklə, təklif edilən dəyişiklik bir saatdan az gündəlik iş vaxtı müəyyən edilmiş işçilər üçün minimum əməkhaqqı təminatının tətbiqini nəzərdə tutur.

MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər barədə oxucularımıza məlumat verməyə davam edəcəyik. Saatlıq əməkhaqqının hesablanması və digər yeniliklər 12 noyabr 2026-cı il tarixində keçiriləcək onlayn tematik təlimdə praktik misallarla ətraflı izah olunacaq.

ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!

Təlimdə müzakirə ediləcək əsas mövzular:

  • Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;
  • İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;
  • Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;
  • Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;
  • Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.

Tarix: 12 noyabr 2026-cı il

Saat: 19:00–21:00

Format: Onlayn (ZOOM)

XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.

DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!

Qeydiyyat və ətraflı məlumat: 050 368-12-72 / 055 368-12-72 (WhatsApp)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

3.  Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

4.  Əməyin uçotu: A-dan Z-yə - 2026

5.  PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

2.  ƏMAS Platforması: A-dan Z-yə 2026

3. Vergi uçotu: A-dan Z-yə 2026

4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər