GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK! Bəzi xidmət müqavilələri üzrə vergi portalında elektron alış aktı tərtib ediləcək (3-cü yazı)
MKS Academy tərəfindən 19 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktiki misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
1 yanvar 2027-ci il tarixindən Vergi Məcəlləsində qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. MKS.az olaraq, hər il olduğu kimi, bu dəfə də təklif edilən dəyişikliklərin geniş izahını və praktik misallarla şərhini oxucularımıza təqdim edəcəyik.
Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları tərtib edilir. Təklif edilən dəyişikliyə əsasən, vergi orqanlarında uçota alınmayan fiziki şəxslərlə bağlanan bəzi mülki hüquqi xarakterli müqavilələr üzrə də elektron alış aktının tərtib edilməsi nəzərdə tutulur.
Belə ki, Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan 71-2.1-1-ci maddəyə əsasən, vergi orqanlarında uçota alınmayan fiziki şəxslər bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edildikdə, həmin işlər başlanmazdan əvvəl elektron alış aktının tərtib edilməsi nəzərdə tutulur.
Göründüyü kimi, təklif edilən dəyişiklik bütün xidmət müqavilələrini əhatə etmir. Yeni tələb yalnız vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə mülki hüquqi xarakterli müqavilələr əsasında cəlb edilməsi hallarına şamil olunacaq.
Dəyişikliyi misalla izah edək.
Misal. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkar məhsul yığımı mövsümündə vergi orqanında uçotda olmayan vətəndaşlarla mülki hüquqi xarakterli müqavilə bağlayır. Müqaviləyə əsasən, həmin şəxslər müəyyən edilmiş haqq müqabilində məhsul yığımı işlərini yerinə yetirəcəklər.
Mövcud qaydalara əsasən, bu cür xidmətlərin göstərilməsi ilə bağlı Vergi Məcəlləsinin 71-2-ci maddəsi üzrə alış aktının tərtib edilməsi tələb olunmur.
Təklif edilən dəyişiklik qəbul olunarsa, sahibkar həmin fiziki şəxsləri mövsümi işlərə cəlb etməzdən əvvəl vergi portalında elektron alış aktı tərtib etməli olacaq.
Elektron alış aktının tərtib edilməməsinə görə maliyyə sanksiyası tətbiq ediləcək?
Qeyd edək ki, Vergi Məcəlləsində alış aktının tərtib edilməməsi ilə bağlı maliyyə sanksiyaları nəzərdə tutulub. Təklif edilən yeni tələbin pozulmasına görə məsuliyyət məsələsi də müvafiq qanunvericilik müddəaları nəzərə alınmaqla qiymətləndirilməlidir.
MKS.az olaraq, elektron alış aktının tərtib edilməsi, onun tətbiq dairəsi və mümkün maliyyə sanksiyaları barədə növbəti yazılarımızda, həmçinin 19 noyabr 2026-cı il tarixində keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda onlayn tematik təlimdə praktik misallarla ətraflı məlumat verəcəyik.
VERGİ MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!
Tarix: 19 noyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)
XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.
DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!
Qeydiyyat və ətraflı məlumat:
050 368-12-72 / 055 368-12-72 (WhatsApp)
Mksacademy2022@gmail.com
0 Komment
Şərh yazın