YENİ DƏYİŞİKLİK! Vergi ödəyicisi borcunu ödəmədikdə onun gəliri hesab ediləcək (4-cü yazı)
MKS Academy tərəfindən 19 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktik misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
1 yanvar 2027-ci il tarixindən Vergi Məcəlləsində qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. MKS.az olaraq, hər il olduğu kimi, bu dəfə də təklif edilən dəyişikliklərin geniş izahını və praktik misallarla şərhini oxucularımıza təqdim edəcəyik.
Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi satışdankənar gəlirlər anlayışını müəyyən edir. Belə ki, mövcud qanunvericiliyə əsasən, satışdankənar gəlirlər dedikdə digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri başa düşülür.
Vergi Məcəlləsinə təklif edilən dəyişiklik nədən ibarətdir?
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hesablama metodu ilə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələrində alınmış mallar (işlər, xidmətlər) üzrə gəlirdən çıxılan xərclərə aid edilmiş, lakin 3 il ərzində ödənilməyən məbləğlərin də satışdankənar gəlirlərə aid edilməsi nəzərdə tutulur.
Beləliklə, vergi ödəyicisi əvvəlki hesabat dövrlərində malların (işlərin, xidmətlərin) dəyərini gəlirdən çıxılan xərclərə aid etdiyi halda, həmin məbləğləri 3 il ərzində ödəməzsə, ödənilməmiş borc məbləğini satışdankənar gəlir kimi bəyan etməli olacaq.
Dəyişikliyi misalla izah edək.
Misal. Hesablama metodunu tətbiq edən müəssisə 2027-ci ildə digər vergi ödəyicisindən 10 000 manat dəyərində xidmət alıb. Müəssisə həmin xidmətin dəyərini 2027-ci il üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərə aid edib. Lakin müqavilə üzrə yaranmış 10 000 manat borcu növbəti 3 il ərzində ödəməyib.
Təklif edilən dəyişiklik qəbul olunarsa və həmin borc qanunvericilikdə nəzərdə tutulan 3 illik müddət ərzində ödənilməzsə, müəssisə 10 000 manat məbləğində borcu satışdankənar gəlir kimi nəzərə almalı olacaq.
Beləliklə, müəssisə əvvəlki hesabat dövründə gəlirdən çıxılan xərclərə aid etdiyi 10 000 manat məbləği sonradan satışdankənar gəlir kimi mənfəət vergisi bəyannaməsində əks etdirməli olacaq.
Göründüyü kimi, təklif edilən dəyişikliklə əvvəlki hesabat dövrlərində gəlirdən çıxılan xərclərə aid edilmiş, lakin 3 il ərzində ödənilməmiş məbləğlərin sonradan vergitutulan gəlirlərə daxil edilməsi nəzərdə tutulur.
MKS.az olaraq, həm gəlir, həm də satışdankənar gəlir anlayışlarına edilməsi nəzərdə tutulan digər dəyişikliklər barədə növbəti yazılarımızda, həmçinin 19 noyabr 2026-cı il tarixində keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda onlayn tematik təlimdə praktik misallarla ətraflı məlumat verəcəyik.
VERGİ MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!
Tarix: 19 noyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)
XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.
DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!
Qeydiyyat və ətraflı məlumat:
050 368-12-72 / 055 368-12-72 (WhatsApp)
Mksacademy2022@gmail.com
0 Komment
Şərh yazın