FƏRQLİ YANAŞMA! Üç yaşınadək uşağa qulluğa görə müavinət üçün də azı 6 ay sosial sığorta stajı olmalıdır?
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də üç yaşınadək uşağa qulluğa görə sosial məzuniyyət və həmin dövr üçün müavinətin ödənilməsi ilə bağlıdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib ki, üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının olması təklif edilir.
Nazir müavininin sözlərinə görə, təklif edilən dəyişiklikdə sosial məzuniyyət hüququ ilə həmin dövr üçün müavinət almaq hüququ fərqləndirilir. Belə ki, 6 aylıq sosial sığorta stajı tələbi yalnız müavinət almaq hüququna şamil ediləcək. İşçinin üç yaşınadək uşağa qulluğa görə sosial məzuniyyət hüququ isə saxlanılacaq.
Zaur Əliyev qeyd edib ki, mövcud hüquqi tənzimləmədə müavinətin alınması üçün minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır. Bu hal, eyni zamanda, müavinətin məbləğinin artırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsini çətinləşdirir.
Nazir müavininin açıqlamasına əsasən, 6 aylıq sosial sığorta stajı tələbinin tətbiqi aşağıdakı məqsədlərə xidmət edəcək:
-
sosial sığorta ödənişlərində vahid yanaşmanın təmin edilməsi;
-
yalnız müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskinin azaldılması;
-
sosial sığorta sisteminin maliyyə dayanıqlığının gücləndirilməsi;
-
gələcəkdə uşağa qulluğa görə müavinətin məbləğinin artırılması üçün daha sağlam maliyyə əsasının formalaşdırılması.
Beləliklə, təklif edilən dəyişiklik qəbul olunarsa, üç yaşınadək uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılacaq, lakin həmin dövr üçün müavinətin alınması ən azı 6 aylıq sosial sığorta stajının mövcudluğu ilə şərtləndiriləcək.
Qeyd edək ki, dəyişiklik hazırda təklif mərhələsindədir və onun tətbiqi müvafiq qanunvericilik dəyişikliklərinin qəbulundan asılıdır.
MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər barədə oxucularımıza məlumat verməyə davam edəcəyik. Əməkhaqqının ödənilməsinin gecikdirilməsinə görə məsuliyyət və digər yeniliklər 12 noyabr 2026-cı il tarixində keçiriləcək onlayn tematik təlimdə praktik misallarla ətraflı izah olunacaq.
ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!
Təlimdə müzakirə ediləcək əsas mövzular:
- Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;
- İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;
- Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;
- Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;
- Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.
Tarix: 12 noyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)
XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.
DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!
Qeydiyyat və ətraflı məlumat: 050 368-12-72 / 055 368-12-72 (WhatsApp)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
3. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
4. Əməyin uçotu: A-dan Z-yə - 2026
5. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
2. ƏMAS Platforması: A-dan Z-yə 2026
3. Vergi uçotu: A-dan Z-yə 2026
4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın