RƏSMİ! 1 aprel 2027-ci ildən işçilər əməkhaqqını istədikləri bankdan ala biləcəklər
Azərbaycanda 1 aprel 2027-ci il tarixindən etibarən vətəndaşlar əməkhaqqı hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka köçürə biləcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov iqtisadçılarla keçirilən görüşdə məlumat verib.
Onun sözlərinə görə, yeni mexanizmin tətbiqi nəticəsində işçilər əməkhaqqı aldıqları bankı sərbəst seçmək imkanı əldə edəcəklər. Bankın dəyişdirilməsi zamanı vətəndaşlardan əlavə ödəniş tələb olunmayacaq.
Mərkəzi Bankın sədri bildirib ki, növbəti mərhələdə analoji seçim imkanının pensiyaçılara da yaradılması nəzərdə tutulur. Beləliklə, pensiyaçılar da pensiyalarını almaq istədikləri bankı özləri seçə biləcəklər.
Gözlənilir ki, yenilik banklar arasında rəqabətin güclənməsinə, müştərilər üçün daha sərfəli xidmət şərtlərinin və əlavə üstünlüklərin təklif edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, iqtisadçıların bildirdiyinə görə, əməkhaqqı hesablarının ödənişsiz şəkildə digər banklara köçürülməsi mexanizminin 2026-cı ildə tətbiqi nəzərdə tutulsa da, prosesin icrası gecikib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
3. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
4. Əməyin uçotu: A-dan Z-yə - 2026
5. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
2. ƏMAS Platforması: A-dan Z-yə 2026
3. Vergi uçotu: A-dan Z-yə 2026
4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın