FAYDALI YENİLİK! Fəaliyyətini dayandıran vergi ödəyiciləri üçün ƏLA XƏBƏR! (5-ci yazı)
MKS Academy tərəfindən 19 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktik misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
1 yanvar 2027-ci il tarixindən Vergi Məcəlləsində qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. MKS.az olaraq, hər il olduğu kimi, bu dəfə də təklif edilən dəyişikliklərin geniş izahını və praktik misallarla şərhini oxucularımıza təqdim edəcəyik.
Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, təqdim etdiyi arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Təcrübədə vergi ödəyiciləri fəaliyyətlərinin müvəqqəti dayandırılması barədə arayışı bir çox hallarda 5 il müddətinə təqdim edirlər. Həmin müddət başa çatdıqdan sonra fəaliyyətin dayandırılması ilə bağlı arayışın qüvvəsi bitdiyindən vergi ödəyicisinin müvafiq vergi bəyannamələrini təqdim etmək öhdəliyi yarana bilər.
Əksər hallarda vergi ödəyicisi faktiki olaraq fəaliyyətini bərpa etmədiyindən müvafiq dövr üzrə göstəriciləri olmayan vergi bəyannaməsi təqdim edir, daha sonra isə fəaliyyətinin yenidən dayandırılması barədə arayış göndərir. Bu isə vergi ödəyiciləri üçün əlavə inzibati yük yaradır.
Vergi Məcəlləsinə təklif edilən dəyişiklik nədən ibarətdir?
Təklif edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 16.3-cü maddəsindən fəaliyyətin dayandırılması barədə arayışda müddətin göstərilməsi tələbinin çıxarılması nəzərdə tutulur.
Beləliklə, dəyişiklik qəbul olunarsa, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması barədə təqdim etdiyi arayışda konkret müddət göstərməsinə ehtiyac qalmayacaq.
Yeni yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, vergi ödəyicisi yalnız əvvəlcədən göstərilmiş müddətin başa çatmasına görə fəaliyyətin dayandırılması barədə təkrar arayış təqdim etmək zərurəti ilə üzləşməyəcək.
Dəyişikliyi misalla izah edək.
Misal. Vergi ödəyicisi 2027-ci il ərzində sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlir. Mövcud qaydalara əsasən, vergi ödəyicisi fəaliyyətinin dayandırılması barədə arayış təqdim edərkən müvafiq müddəti, məsələn, 5 il göstərməlidir.
Bu halda 5 illik müddət başa çatdıqdan sonra vergi ödəyicisi fəaliyyətini faktiki olaraq bərpa etməsə belə, fəaliyyətin dayandırılması ilə bağlı arayışın müddəti bitdiyindən onun vergi hesabatlılığı üzrə öhdəlikləri yenidən yarana bilər.
Təklif edilən dəyişiklik qəbul olunarsa, vergi ödəyicisi fəaliyyətinin dayandırılması barədə arayış təqdim edərkən konkret müddət göstərməyəcək. Nəticədə, yalnız müəyyən edilmiş müddətin başa çatması səbəbindən yenidən arayış təqdim edilməsinə ehtiyac yaranmayacaq.
Fəaliyyəti dayandırılmış vergi ödəyicisinin statusu hansı hallarda aktivləşə bilər?
Qeyd edək ki, fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməsi, nəzarət-kassa aparatının uçota alınması və digər müvafiq əməliyyatların aparılması elektron sistemdə onun fəaliyyətinin avtomatik aktivləşdirilməsinə səbəb ola bilər.
Bundan əlavə, Vergi Məcəlləsinin 16.5-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildikdə fəaliyyətin dayandırılması ilə bağlı təqdim edilmiş arayış öz qüvvəsini itirir.
Göründüyü kimi, təklif edilən dəyişiklik fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicilərinin əlavə sənədləşmə və hesabatlılıq yükünün azaldılması baxımından müsbət qiymətləndirilə bilər.
MKS.az olaraq, Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklər barədə növbəti yazılarımızda, həmçinin 19 noyabr 2026-cı il tarixində keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda onlayn tematik təlimdə praktik misallarla ətraflı məlumat verəcəyik.
VERGİ MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktik misallarla tematik təlim!
Tarix: 19 noyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)
XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə etmiş və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza xüsusi endirim tətbiq olunur.
DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!
Qeydiyyat və ətraflı məlumat:
050 368-12-72 / 055 368-12-72 (WhatsApp)
0 Komment
Şərh yazın