Vaxtdan maksimum səmərəli istifadə etmək üçün vacib 3 məsələ nədir?

Vaxtdan maksimum səmərəli istifadə etmək üçün vacib 3 məsələ nədir?

- Oxucumuz Rəcəbin problemi vaxt planlaşdırılması ilə bağlıdır. Insan gün ərzində görəciyi işləri necə planlaaşdırmalıdır ki, tez və yorulmadan həyata keçirə bilsin.

- Rəcəb, belə başa düşdüm ki, sənin böyük çevrən var. Mənim ölkəmdə vaxtın idarəedilməsi mövzusunda çoxlu sayda kitablar yazılıb. Bilmirəm sənin bu kitabları oxumaq imkanın var, yoxsa yox. Ümid edirəm ki, bu mövzuda bəzi yaxşı kitablar oxumusan. Mən böyük məmnuniyyətlə verdiyin sualla bağlı bir neçə fikrimi çatdırmaq istəyirəm. İlk öncə, çalış yaxşı yatasan! Yaxşı işləmək üçün enerji lazımdır, enerji üçün isə yatmaq tələb olunur. Bundan başqa, enerjini yaxşı qidalanma və idmanla da qazanmaq olar. Ona görə də heç vaxt bu üç şeyin vacibliyini unutma: yuxu, sağlam qida və idman. İkinicisi isə, çalış səni yorğun hiss elətdirən, gördüyün işi tamamlamağa mane olan problemləri müəyyənləşdir. Bəlkə evdəki xoşagəlməz mühitin gətirdiyi stress sənə işinə diqqət ayırmağa mane olur? Ya da ola bilər ki, işdə çalışdığın otaq, stolun üstü səliqəsiz vəziyyətdədir və bu da sənin daha səmərəli çalışmağına əngəl yaradır. Sənin diqqətini asanlıqla yayındırmaq mümkündür? Sən sakit bir mühitdə işləmək istəyirsən? Daha səmərəli işləmək üçün işdə və işdənkənar vaxtını necə keçirdiyinə diqqət yetir. Sən boş-boşuna sərf etdiyin vaxtı müəyyən elə, köhnə vərdişlərdən uzaqlaş.

Diqqətlə fikir ver, gör öz məhsuldar vaxtından necə istifadə edirsən. İnsanların səni işindən ayır-malarını azaltmaq üçün yollar axtarırsan? İşindən ayırandan sonra asanlıqla işinə geri dönə bilirsənmi? Sənə hər hansı bir işi tamamlamaq üçün çox vaxt lazımdır, yoxsa sən bu vaxtın müəyyən hissəsini itirirsən? Bəlkə sən az vaxtın olduğu zaman daha səmərəli işləyirsən. Çalış, başqalarının səmərəli işləmək üçün yetərli hesab etmədikləri az vaxtda işləməyi öyrənəsən. Psixologiya sahəsində önəmli işləri olan bir müəllif belə bir termin işlədib: Bir dəqiqə qaydası. Bir dəqiqəyə, ya da daha az müddətə görə biləcəyəin işləri qətiyyən təxirə salma. İş yerini daha arzu olunan etmək üçün kiçik yollar axtar. Məsələn, otağından sənə rahatlıq gətirən, əsəblərini sakitləşdirən bir şəkil və ya rəsm əsəri as, iş stolunun üzərini səliqəli saxla, müxtəlif stolüstü ofis ləvazimatları və bir də yaxşı qələm al. Bunu etmək üçün səndən vaxt və diqqət tələb olunur. Bundan başqa gərək sən də özünə söz verəsən ki, vaxtı idarəetmə bacarıqlarını inkişaf etdirəcəksən. Sən bunu edə bilərsən. Bəlkə başlayasan? Uğur olsun!

 

0 Komment

    Şərh yazın

    Xəbərlər