Kompüterlə bağlı qadın və kişinin fərqli yanaşması

Kompüterlə bağlı qadın və kişinin fərqli yanaşması

Fransız dili müəlliməsi dərsdə tələbələrinə deyir ki, fransız dilində mənsub olduqları cinsə (kişi və qadın) uyğun olaraq isimlərin əvvəlinə artikl əlavə edilir.
Tələbələrdən biri soruşur ki, bəs, «kompyuter» sözü hansı cinsə aiddir. Müəllimə tələbələrilə zarafat etmək fikrinə düşür, cavab verir ki, lüğətdə bu söz olmadığından onun cinsi də naməlumdu. O, auditoriyanı kişi və qadın olmaqla 2 hissəyə bölür və hər komandaya tapşırır ki, «kompyuter» sözünün hansı cinsə aid olduğunu əsaslandırmaq üçün 4 müddəa gətirsin.
Kişilərin komandası hesab edir ki, «kompyuter» qadın cinsinə ("La computer") aid edilməlidi, çünki:

- Onu yaradandan başqa heç kim daxili məntiqindən baş aça bilməz;
- Onların öz aralarında istifadə etdikləri dili başqaları anlamırlar;
- Hətta ən xırda səhv belə nə vaxtsa göstərəcəyi dağıdıcı fəaliyyət üçün yaddaşında etibarla qorunur;
- Onu aldıqdan sonra maaaşınızın yarısı aksessuarlarına gedir.
Qadınların komandası isə əmin etməyə çalışır ki, «kompyuter» kişi cinsinə ("Le computer") aiddir, çünki:

- Onun diqqətini cəlb etmək üçün mütləq işə salmaq lazımdır;
- Onun beynində informasiyalar yetərincə olsa da, o, yenə də başıboşdur;
- O problemləri həll etmək üçün yaradılsa da, özü problem dağarcığıdı;
- Onu əldə edən kimi başa düşürsünüz ki, bir az gözləsəniz daha yaxşısını ələ keçirə bilərdiniz.
Bu yarışda qadınlar qalib elan edildi. Hər halda fransız dili müəlliməsi (!) belə qərar verdi.

Sizcə, qalib hansı tərəf olmalı idi?

0 Komment

    Şərh yazın

    Xəbərlər