Müəssisəni başqasınə təhvil verəndə məsuliyyət bölgüsü necə olur?

Müəssisəni başqasınə təhvil verəndə məsuliyyət bölgüsü necə olur?

 

Sual: Təsisçisi olduğum müəsissəsinin direktoru da özüm idim. Bir müddət işlədikdən sonra fəaliyyətimi dayandırdım. İndi yaxın dostum istəyir ki, həmin firmanı işlətsin. Bunun üçün aramızda təhvil-təslim olmalıdır? Bir də mən istəyirəm ki, həmin müəssisəyə o cavabdehlik daşısın, vergi, sosial sığorta orqanları yalnız onunla əlaqə saxlasınlar. Bunun üçün nə etməliyəm?

İlkin

 

Cavab: Əgər siz istəyirsinizsə ki, bütün məsuliyyət dostunuzun üzərində qalsın, onda həmin şəxslə müəssisənin paylarının alqı-satqısını rəsmiləşdirməlisiniz. Yəni, müəssisənin təsisçiliyindən çıxırsınız, dostunuz təsisçi olur. Müəssisə də yenidən qeydiyyata alınır. Ən yaxşı variant budur. Amma siz təsisçi kimi qalıb, həmin şəxsi direktor təyin etsəiniz, bu halda məsuliyyətdən tam azad olmaya bilərsiniz.

 

 

 

 

 

1 Komment

  1. Quliyea G. 21 Dekabr 2020

    SALAM. BÜDCƏ TƏÇKİLATİNDA DİREKTOR DƏYİŞƏRSƏ, YENİ TƏYİN OLUNAN DİREKTORLA ƏVVƏLKİ DİREKTOR ARASINDA HANSI FORMADA TƏHVİL TƏSLİM OLMALIDİR?

Şərh yazın

Xəbərlər