Kompyuterlə işləyən işçiyə qanuna əsasən 6 gün əlavə məzuniyyət düşməlidir?

Kompyuterlə işləyən işçiyə qanuna əsasən 6 gün əlavə məzuniyyət düşməlidir?

Sual: Əmək müfəttişliyindən yoxlama zamanı iddia etdilər ki, firmamız kompyuter satışı ilə məşğul olduğuna görə bütün işçilərə 6 gün əlavə məzuniyyət verməliyik, yoxsa ona da cərimə tətbiq edəcəyik. Bilmək istərdim ki bütün bu iradlar düzgündürmü, düzgündürsə, onlara cərimə düşürmü?

Cavab: Təşkilatınız kompyuter satışı ilə məşğul olduğundan əmək məzuniyyətinə 6 gün əlavə olunub–olunmamasını isə biz Nazirlər Kabinetinin 92 saylı 05 iyul 2004-cü il tarixli «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı»nın təsdiq edilməsi barədə qərarı ilə biz yoxlaya bilərik. Həmin qərardakı siyahıya nəzər yetirsək, görərik ki, kompyuter ilə məşğul olan peşə və vəzifələr bu siyahıda yoxdur. Odur ki, sizin işçilərə 30 gün əmək məzuniyyəti düşür, əlavə 6 günün Sizə aidiyyəti yoxdur.


 

0 Komment

    Şərh yazın

    Xəbərlər