Müştərinin hesablaşma hesabına ödənilən ƏDV məbləği əvəzləşdirilə bilər?

Müştərinin hesablaşma hesabına ödənilən ƏDV məbləği əvəzləşdirilə bilər?

Sual: Müəsisə nəğdsiz dövriyyə olaraq X firmasından aldığı malın ƏDV-sini hesablaşma hesabı vasitəsiylə ƏDV depozit hesabına yox, müştərinin hesablaşma hesabına ödəsə, həmin ƏDV-nin əvəzləşdirilməsinə icazə verilir?
Cavab: Vergi Məcəlləsinə əsasən, ƏDV ödəyicisi aldığı mala, işə, xidmətə görə nağdsız qaydada ödədiyi məbləğin ƏDV-sini ancaq depozit hesabına ödədiyi halda əvəzləşdirə bilər.Tutaq ki, X firması A  firmasından 1180 manatlıq (1000 manat + 180 manat (ƏDV)) mal alıb. Alıcı 1000 manatı satıcıya nəğd formada, 180 manatı isə depozit hesabına ödəsə, onda 180 manatı əvəzləşdirə bilməz. Və yaxud, 1180 manatın hamısını bank hesabına ödəsə, onda da 180 manatı əvəzləşdirilə bilməz. Həmçinin, 1000 manatı nəğd, 180 manatı isə depozit  hesabından ödəsə, yenə də 180 manatı əvəzləşdirmək mümkün deyil. Amma 1000 manat bank hesabından, 180 manat isə depozit desabından ödənilərsə, yaxud 1000 manat bank hesabından, 180 manat isə bank hesabından depozit hesabına ödənilərsə, onda 180 manat əvəzləşdirilə bilər.
Konkret göründü ki, əvəzləşdirmək üçün  əsas məbləğ bankdan banka ödənilməli,  ƏDV məbləği isə bankdan depozit hesabına və ya depozit hesabından depozit hesabına köçürülməlidir.

1 Komment

  1. Zaur Asgerov 24 Sentyabr 2022

    Salam.men edv odeyicisiyem.techizattcıdan aldıgım mala gore odemişem 1000+18%=1180 manat satmışam 1100+18%=1298 bu halda men menfeet vergisinden elave 1100-1000=100*18=18 manatı da budceye odemeliyem?

Şərh yazın

Xəbərlər