YENİ YANAŞMA! Minimum saatlıq əməkhaqqının məbləği necə müəyyən ediləcək? (4-cü yazı)

YENİ YANAŞMA! Minimum saatlıq əməkhaqqının məbləği necə müəyyən ediləcək? (4-cü yazı)

2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.

MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktiki misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum aylıq əməkhaqqı ilə yanaşı, minimum saatlıq əməkhaqqının da müəyyən edilməsi nəzərdə tutulur. Bəs minimum saatlıq əməkhaqqının məbləğini hansı dövlət orqanı müəyyən edəcək və yeni sistem necə tətbiq olunacaq?

Hazırda Əmək Məcəlləsinin 155-ci maddəsi “Əməkhaqqının minimum məbləği” adlanır və minimum əməkhaqqı ilə bağlı hüquqi təminatları tənzimləyir.

Dəyişiklik layihəsinə əsasən, həmin maddəyə minimum saatlıq əməkhaqqı anlayışının daxil edilməsi və minimum aylıq əməkhaqqı ilə yanaşı, minimum saatlıq əməkhaqqının məbləğinin də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihədə minimum saatlıq əməkhaqqının məbləğinin müəyyən edilməsi səlahiyyətinin də Azərbaycan Respublikasının Prezidentinə aid olması təklif edilir.

Beləliklə, dəyişiklik qəbul edilərsə, ölkədə minimum aylıq əməkhaqqı ilə yanaşı, minimum saatlıq əməkhaqqı üzrə də ayrıca hüquqi təminat müəyyən ediləcək.

Bəs minimum saatlıq əməkhaqqının tətbiq sahəsi, hesablanması və işəgötürənlər üçün müəyyən ediləcək digər tələblər nədən ibarət olacaq?

MKS.az olaraq bu məsələlər barədə növbəti yazılarımızda, həmçinin 12 noyabr 2026-cı il tarixində keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda onlayn tematik təlimdə praktik misallarla ətraflı məlumat verəcəyik.

ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ

Praktiki misallarla tematik təlim!

Təlimdə müzakirə ediləcək əsas mövzular:

  • Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;

  • İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;

  • Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;

  • Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;

  • Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.

Tarix: 12 noyabr 2026-cı il

Saat: 19:00–21:00

Format: Onlayn (ZOOM)

XÜSUSİ ENDİRİM!

MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.

DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!

Qeydiyyat və ətraflı məlumat:

050 368-12-72 / 055 368-12-72 (WhatsApp)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər