ƏMAS altsistemində məzuniyyət əmri ilə bağlı hazırlanan 11 təklif (SİYAHI)

ƏMAS altsistemində məzuniyyət əmri ilə bağlı hazırlanan 11 təklif (SİYAHI)

Xəbər verdiiymiz kimi, MKS Academy tərəfindən 50-ə yaxın həmkarımızın iştirakı ilə "Məzuniyyət hüququ: A-dan Z-yə" mövzusunda tematik təlim keçirilib. Tematik təlimin birinci hissəsində ƏMAS altsistemində yaradılan məzuniyyət əmrin üstünlükləri və boşluqlar haqqında məlumat verilib.  ƏMAS-da son dəyişiklik kimi tətbiq edilən məzuniyyət əmrləri barədə təlimdə səsləndirilən təklifləri ümumiləşdirib. Həmin təkliflər rəsmi məktubla  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə xanım Tağıyevaya göndərilib.

MKS Academy-nin təlimdə həmkarlarımızla müzakirənin nəticəsi olaraq hazırlanaraq Aynurə xanım Tağıyeva təqdim edilən təklifləri oxucularımızın  diqqətinə çatdırırıq:

  1. Altıgünlük iş rejimi də daxil olmaqla digər iş rejimlərində məzuniyyət günlərinin sayının avtomatik olaraq hesablanması üçün sistemdə düzəlişin həyata keçirilməsi;
  2. Proqram təminatında bir məzuniyyət əmri ilə bir necə işçinin məzuniyyətə göndərilməsi imkanının yaradılması (köməkçi fayl vasitəsilə də mümkündür);
  3. Məzuniyyət günlərinin uçotunun aparılması imkanının yaradılması (məzuniyyət qalıqlarının qeyd edilməsi, əmrlərə uyğun günlərin çıxılması və s.)
  4. Məzuniyyətin növbəlilik sisteminin ƏMAS sistemində nəzərə alınması;
  5. İnsan resurslarının idarə olunması üçün tətbiq edilən proqram təminatlarının (ERP, SAP və s.) ƏMAS-a inteqrasiyasının real rejimdə həyata keçirilməsi imkanının yaradılması;
  6. İstifadə edilməmiş məzuniyyət görə kompensasiya və ya işçinin məzuniyyətdən geri çağrılma əmrlərinin tətbiqi və bunun nəticəsində məzuniyyət günlərinin uçotunun dəqiq aparlması imkanının yaradılması;
  7. Əmək məzuniyyətinin hüquqi əsası olan bəzi maddələrin (məsələn, 21 günlük məzuniyyətə əsas verən 114.2-ci maddənin) müvafiq siyahıda nəzərə alınması;
  8. Xüsusi kateqoriyaya aid edilən işçilərin (əlilliyi və ya pedaqoji fəaliyyəti olan) məzuniyyət əmrində “Əsas” əvəzinə “Əmək məzuniyyəti” ifadəsindən istifadə olunmasına imkan yaradılması;
  9. Əlavə məzuniyyət üzrə maddələrin tam əhatə olunması (məsələn, 118-1-ci maddə nəzərə alınmayıb);
  10. Əmək məzuniyyəti günlərinin hesablanmasında bayram, səsvermə və ümumxalq hüzn günlərinin nəzərə alınması;
  11. Məzuniyyət əmrinin hazırlanması zamanı ərizənin nömrəsinin qeyd edilməsinin mütləq tələb hesab edilməməsi.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər