Diqqət!!! Mühasiblər, əmək haqqı üzrə Sosial ayırma və gəlir vergisi hesablamaqdan canımız qutarır: VAHİD VERGİ YÜKÜ

Diqqət!!! Mühasiblər, əmək haqqı üzrə Sosial ayırma və gəlir vergisi hesablamaqdan canımız qutarır: VAHİD VERGİ YÜKÜ

Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Sahibkarlar Gününə həsr edilmiş konfrans keçirilib.  Konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. M.Cabbarov qeyd edib ki, bu il vergi qanunvericiliyində dəyişikliklərlə bağlı bir sıra təkliflər təqdim olunacaq.

Vergi dəyişiklikləri paketində digər mühüm məsələ isə, cənab Prezidentin tapşırığı ilə, vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır. İslahat əmək haqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur. Müzakirə olunan vahid vergi yükünün həcmi hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. Belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqlarının uçotda real şəkildə əks etdirilməsinə, işçilərin hüquqlarının müdafiə olunmasına xidmət edəcək, bu işə öz töhfəsini verəcəkdir.

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər