Vergilər Nazirliyində MARAQLI HADİSƏ: İşçilər təəccübdə...

Vergilər Nazirliyində MARAQLI HADİSƏ: İşçilər təəccübdə...

Nazirliyin işçilərinin bir hisəsi bunun həqiqət olduğuna inanmayaraq işləməkdə davam ediblər
 
Azərbaycanın Vergilər Nazirliyində rəhbərliyin dəyişməsi ilə daha bir yenilik baş verib. Fevralın 15-də vergi əməkdaşları uzun illərdən bəri ilk dəfə olaraq axşam saat 6-da evə buraxılıb.
Xatırladaq ki, adı çəkilən nazirlikdə iş vaxtları adətən axşam saat 8-9-da başa çatırdı. Rübün və ya ilin axırında – nazirlik vergi planının icrası ilə bağlı gərgin iş rejimində çalışanda isə vergi əməkaşları hətta gecədən keçmişə qədər iş yerində olmalı idilər. İNdi isə vəziyyət dəyişib, nazirlikdən FED.az-a verilən məlumata görə, «otboy» elan ediləndə işçilərin bir hisəsi bunun həqiqət olduğuna inanmayaraq işləməkdə davam ediblər. Yalnız təkrar elan edildikdən sonra işçilər nazirliyi tərk ediblər. 
Fed.az

0 Komment

    Şərh yazın

    Xəbərlər