Bazar ertəsi, 29 Yanvar 2018 07:58

NÖVBƏTİ ÖDƏNİŞSİZ TƏLİM: “Peşəkar HR üçün uğurlu karyera: A-dan Z-yə”

WWW.MKS.AZ saytının “Öyrətmək savab, öyrənmək qazanc” devizi altında planladığı növbəti təlim sırf HR sahəsində çalışanlar üçün nəzərdə tutulub
 
WWW.MKS.AZ saytının təşkil etdiyi “Kargüzarlıqdan HR idarəetməsinə gedən karyera: A-dan Z-yə” mövzusunda birinci ödənişsiz praktiki təlim kursuna qeydiyyat və ilkin qiymətləndirmə prossesi başa çatıb. Təlimlə bağlı son hazırlıq işləri yekunlaşmaq üzrədir.
Yeni, ikinci təlimin keçirilməsilə bağlı elanı maraqlananların diqqətinə çatdırrırıq. 
““Öyrətmək savab, öyrənmək qazanc” devizi ilə “Peşəkar HR üçün uğurlu karyera: A-dan Z-yə” mövzusunda ikinci ödənişsiz praktiki təlim kursuna qeydiyyata yazılmaq üçün iddiaçılardan 15 fevral 2018-ci il tarixinədək Facebook səhifəmiz vasitəsilə müraciət etmələri xahiş olunur. İlk təlim HR işini öyrənənlər üçün planlanlaşdırılsa da, hazırkı təlim sırf peşəkar HR-lar üçün nəzərdə tutulub.
İddiaçıların bu sahədəki ilkin bilikləri TEST üsulu ilə qiymətləndirilərək təlim iştirakçıları müəyyənləşdiriləcək. 
Təlim kursunu ölkəmizin tanınmış şirkətlərinin HR menecerləri və www.mks.az saytının ekspertləri aparacaq. 
Təlimin sonunda yekun qiymətləndirmənin nəticələrinə uyğun yüksək nəticə göstərənlərə SERTİFİKAT veriləcək.
 
-----------------------------------------------------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda

Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 
Çatdırılma pulsuzdur. 
Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 
 

Şərh yazın