Xəbərdarlıq müddəti gözləməyən işçiyə işdənçıxma müavinəti ilə yanaşı xəbərdarlıq müddəti əvəzinə ödəniş verilməlidir?

Xəbərdarlıq müddəti gözləməyən işçiyə işdənçıxma müavinəti ilə yanaşı xəbərdarlıq müddəti əvəzinə ödəniş verilməlidir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, ixtisar zamanı işçiyə xəbərdarlıq müddəti əvəzinə ödəniş ödənildikdə ona əlavə olaraq, işdənçıxarma müavinətinin ödənilib-ödənilməməsi ilə bağlıdır. 
Misal. İşəgötürən qərar verir ki, orta əmək haqqı 400 manat, iş stajı 1 ilədək olan işçini ixtisar etsin. İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə ona orta aylıq əmək haqqının 0,5 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla işçinin əmək müqaviləsinə xitam verir. Maraqlıdır ki, işəgötürən bu ödənişlə yanaşı, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan (bir ilədək əmək stajı olduqda orta aylıq əmək haqqı miqdarında) işdənçıxarma müavinətini də ödəməlidir?
Bəzi həmkarlar hesab edirlər ki, işçi xəbərdarlıq müddətini gözləmədən iki həftə işləməklə həm əmək haqqı, həm də işdənçıxarma müavinətini almalıdır. Bu səbəbdən də, işəgötürəni qane edir ki, işçi iki həftə işə gəlməsin, bunun müqabilində ona həm xəbərdarlıq əvəzinə ödənişi, həm də işdənçıxarma müavinətini ödəsin.
Digər həmkarların mövqeyi isə belədir ki, xəbərdarlıq əvəzinə verilən ödəniş elə işdənçıxarma müavinətini əvəz etdiyi üçün, işçiyə hər hansı əlavə məbləğ ödənilməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam verildikdə təminat olaraq xəbərdarlıq müddəti əvəzinə əmək haqqının və işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, işçiyə bu ödənişlərin ikisi də verilməlidir. 
İşçi xəbərdarlıq müddətində işləmək istəməzsə, öz arzusu ilə xəbərdarlıq müddətini gözləmədən bu müddət üçün (və yaxud xəbərdarlıq müddətinin qalan mütənasib hisssəsi üçün) müəyyən edilən orta əmək haqqını ala və işdən azad ola bilər. Adətən, bu o halda baş verir ki, işçi özünə yeni iş yeri tapır. Bu halda işdənçıxarma müavinəti də mütləq ödənilməlidir.   

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər