ƏMAS altsistemində hansı hallarda xitam səbəblərinin ətraflı açıqlaması tələb edilir?

ƏMAS altsistemində hansı hallarda xitam səbəblərinin ətraflı açıqlaması tələb edilir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

ƏMAS altsistemində əmək müqaviləsinə xitam verildikdə, xitama əsas verən maddə ilə yanaşı, səbəblərinin də qeyd olunması üçün xüsusi pəncərə mövcuddur.

Mİsal. İşəgötürən işçinin əmək müqaviləsinə sınaq müddətində özünü doğrutmadığı səbəbindən xitam verir. Bu zaman işəgötürən ƏMAS altsistemində xitam maddəsi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndini seçməklə yanaşı, aşağıdakı səbəbi də qeyd edə bilər:

“Sınaq müddətində olan işçinin fərdi iş planının nəticələrinə (Satış şöbəsinin müdiri Qafarov Malik Abbas oğlunun 26 sentyabr 2019-cu il tarixli xidməti yazısına) və Quliyev Rza Əşir oğlu ilə bağlanılmış ___ _____ 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə əsaslanaraq”

Səbəb qeyd edildikdən sonra ƏMAS altsistemində əmrin nümünəvi forması aşağıdakı kimi olacaq:

Qeyd edək ki, “A-dan Z-yə: Kargüzarlıq” nəşrimizdə xitamla bağlı əmr formalarında hallar üzrə xitam səbəbləri fərqli formalarda qeyd edilib.  O səbəbdən bu nəşrimizdə yalnız bir halı qeyd etdik.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın