ƏMAS Platformasında xitam əmrləri ilə bağlı YENİLİK

ƏMAS Platformasında xitam əmrləri ilə bağlı YENİLİK

ƏMAS alt sistemində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı növbəti yenilik həyata keçirilib. Artıq işəgötürənlər əmək müqaviləsinə xitam zamanı Əmək Məcəlləsinin 74-cü maddəsinin “g” və “ğ” bəndlərini müvafiq xitam əsası kimi seçə bilərlər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 74-cü maddəsi “Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları” adlanır. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə 74-cü maddəyə “g” və “ğ” bəndləri əlavə edilsə də, həmin əsasların ƏMAS alt sistemində xitam zamanı ayrıca seçilməsi imkanı mövcud deyildi. ƏMAS-da həyata keçirilən son dəyişiklik nəticəsində artıq bu iki xitam əsasının da sistem üzərindən seçilməsi imkanı yaradılıb.

74-cü maddənin “g” bəndi hansı halları tənzimləyir?

Bu əsas narkoloji xəstə olan şəxslərin müəyyən peşə və vəzifələrdə çalışmasına qoyulan məhdudiyyətlərlə bağlıdır.

Belə ki, tibbi müayinə və ya tibbi yoxlama haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və ya vəzifə üzrə əmək müqaviləsinin bağlandığı aşkar edildikdə, yaxud əmək münasibətləri davam etdiyi dövrdə tibbi müayinə və ya tibbi yoxlama zamanı işçinin narkoloji xəstə olduğu müəyyən edildikdə, qanunvericilikdə nəzərdə tutulan hallarda əmək müqaviləsinə 74-cü maddənin “g” bəndi ilə xitam verilməsi mümkündür.

Bu məsələdə əsas normativ sənədlərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”*dir.

Deməli, işçinin narkoloji xəstə olmasının müəyyən edilməsi öz-özlüyündə bütün peşə və vəzifələr üzrə əmək müqaviləsinə xitam verilməsi demək deyil. İşçinin çalışdığı peşə və ya vəzifənin müvafiq məhdudiyyət tətbiq olunan siyahıya aid olub-olmaması da nəzərə alınmalıdır.

74-cü maddənin “ğ” bəndi hansı halları tənzimləyir?

“ğ” bəndi isə sağlamlıq haqqında tibbi arayış tələb olunan iş yerləri ilə bağlıdır.

Söhbət işçinin səhhətinə və sağlamlığına mənfi təsir göstərən amillərin mövcud olduğu ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərindən, eləcə də əhalinin sağlamlığının mühafizəsi məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərindən gedir.

Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli, 1 nömrəli Qərarı ilə əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) və iş yerlərinin Siyahısı təsdiq edilib.

Əgər sağlamlıq haqqında tibbi arayış tələb olunan peşə, vəzifə və ya iş yeri üzrə şəxslə müvafiq tibbi arayış olmadan əmək müqaviləsinin bağlandığı aşkar edilərsə və sonradan həmin şəxsin sağlamlıq vəziyyətinin bu vəzifədə işləməsinə imkan vermədiyi müəyyən olunarsa, qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində əmək müqaviləsinə 74-cü maddənin “ğ” bəndi ilə xitam verilməsi məsələsi yaranır.

Artıq əmək müqaviləsinə xitam rəsmiləşdirilərkən işəgötürən ƏMAS alt sistemində 74-cü maddənin “g” və ya “ğ” bəndini müvafiq xitam əsası kimi seçə bilər.

  • 1024 SƏHİFƏLİ “ƏMƏYİN UÇOTU: A-DAN Z-YƏ” KİTABINI AL, HƏDİYYƏNİ ÖZÜN SEÇ! 

    “Əməyin uçotu: A-dan Z-yə” kitabını əldə edənlər üçün 7–21 oktyabr 2026-cı il tarixlərində xüsusi kampaniya!

    Kitabı alan hər kəs iki təklifdən birini seçə bilər:
    16 DƏRSDƏN İSTƏDİYİNİZ 1 DƏRS – HƏDİYYƏ!
    Sentyabr ayında keçirilmiş, ümumilikdə 16 dərsdən ibarət olan 3 təlimdən istədiyiniz 1 dərsin videosunu seçin:
    - ƏMAS Platforması: A-dan Z-yə” — 3 dərs
    -  “Əmək haqqı: A-dan Z-yə” — 6 dərs
    - “Əmək qanunvericiliyi: A-dan Z-yə” — 7 dərs

    Cəmi 16 dərs — seçim Sizindir!
    VƏ YA 20 MANAT ENDİRİM!
    Oktyabr ayında keçiriləcək təlimlərdən birində iştirak edin və 20 manat endirim əldə edin.

Kampaniya müddəti: 7–21 oktyabr 2026
Sifariş və ətraflı məlumat:
050 / 055 368-12-72

mksacademy2022@gmail.com

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər