ƏMAS Platformasında YENİLİK! Xitam əmri ilə bağlı 3 gün sistem bildirişi (II yazı)
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ƏMAS platformasının funksionallığının genişləndirilməsi istiqamətində yeniliklərin tətbiqi davam edir. Bildiririk ki, platformada işçinin əmək müqaviləsinə xitam əmrləri ilə bağlı üç mühüm dəyişiklik həyata keçirilib. MKS.az olaraq həmin yenilikləri silsilə yazılarla diqqətinizə çatdırırıq.
Əvvəlki məqaləmizdə xitam əmrlərində QR-kodun tətbiqi barədə məlumat vermişdik. Bu dəfə isə ikinci yeniliyi – 3 günlük xəbərdarlıq mexanizmini təqdim edirik.
Məlum olduğu kimi, əmək müqaviləsi bağlanarkən və ya onun şərtləri dəyişdirilərkən işə başlama və ya dəyişikliklərin qüvvəyə minmə tarixi cari gündən sonrakı tarixə təyin edildikdə sistem istifadəçiyə müvafiq xəbərdarlıq təqdim edir. Artıq eyni mexanizm əmək müqaviləsinə xitam əmrlərinə də tətbiq edilir.
İşəgötürən xitam tarixini cari gün deyil, gələcək tarix kimi müəyyən etdikdə sistem aşağıdakı qaydada işləyəcək:
- Xitam tarixi cari gündən 3 gündən az müddət sonraya təyin edilərsə, sistem istifadəçiyə müvafiq xəbərdarlıq bildirişi təqdim edəcək.
- Xitam tarixi cari gündən 3 gündən çox sonraya təyin edilərsə, sənəd sistemdə avtomatik olaraq "Qüvvəyə minəcək" statusunda əks olunacaq.
ƏMAS Platformasında xitam əmri ilə bağlı tətbiq edilən yeniliyin əsas məqsədi HR mütəxəssisləri və işəgötürənlər tərəfindən xitam tarixinin texniki və ya mexaniki səhv nəticəsində yanlış müəyyən edilməsinin qarşısını almaqdır.
Təcrübədə tez-tez rast gəlinən hallardan biri də xitam tarixinin təsadüfən daha uzaq tarixə qeyd edilməsidir. Belə hallarda işəgötürənlər səhvin aradan qaldırılması üçün əlavə hüquqi prosedurlara, o cümlədən mediasiya prosesinə müraciət etmək məcburiyyətində qalırlar.
ƏMAS platformasında tətbiq edilən bu yeni xəbərdarlıq mexanizmi belə texniki səhvlərin qarşısının alınmasına, xitam prosesinin daha təhlükəsiz və operativ həyata keçirilməsinə xidmət edir.
Xitam əmrləri ilə bağlı üçüncü yenilik barədə növbəti yazımızda ətraflı məlumat təqdim edəcəyik.
"Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) artıq satışdadır!
HR mütəxəssislərinin ən çox istinad etdiyi nəşrlərdən biri olan "Əməyin uçotu: A-dan Z-yə" kitabının V nəşri artıq satışdadır.
Yeni nəşrdə:
- 1024 səhifə aktual izah və praktiki məlumat;
- 1000-dən çox praktiki nümunə;
- Əmək Məcəlləsinin aktual müddəalarının maddə və bəndlər üzrə izahı;
- Əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların geniş praktik şərhi.
Sifariş üçün: 055 368 12 72 (WhatsApp aktivdir)
E-mail: mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:
055-368-12-72
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın