ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir
Dövlət qurumuna təşəkkür edirik ki, HR mütəxəssisləri üçün faydalı olacaq daha bir dəyişikliyi həyata keçirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ƏMAS Platformasında HR həmkarlarımızın işinə faydalı olacaq yeni funksiya əlavə edilir. Belə ki, ƏMAS Platformasının “Statistik məlumatlar” bölməsinə yeni “Məzuniyyət günləri” bölməsi inteqrasiya olunur:

Həmin bölməyə daxil olmaqla işəgötürənlər hər bir işçi üzrə əmək müqaviləsində nəzərdə tutulmuş əsas və əlavə məzuniyyət günləri haqqında məlumat əldə edə biləcəklər. Hazırda sınaq mərhələsində olan bu bölmədə işçilər üzrə axtarış imkanı da yaradılıb.

Ümid edək ki, növbəti dəyişikliklər çərçivəsində məzuniyyət qalığının izlənilməsi, eləcə də məzuniyyət əmrlərinə uyğun olaraq məzuniyyət günlərinin uçotunun aparılması imkanı da yaradılacaq.
Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən təşkil olunan və 3 dərsdən ibarət “ƏMAS Platforması: A-dan Z-yə” (bonus: isb.az və e-gov.az) təliminin 4-cü qrupuna qeydiyyat başlanıb.
Əlaqə: 055-368-12-72 (WhatsApp aktivdir)
E-mail: mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın