İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?

İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?

Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may 2026 tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə (“İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi”) edilən dəyişiklik praktikada mövcud olan fərqli yanaşmaların aradan qaldırılmasına yönəlib. Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə MKS Academy-nin 2024-cü ildə nəşr etdiyi “Əməyin uçotu: A-dan Z-yə” kitabında 164-cü maddə ilə bağlı qeyd edilən yanaşmanı xatırladaq: “ Bəzi ekspertlər hesab edirdilər ki, maddədə konkret olaraq gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilməsi göstərildiyi üçün, işçi istirahət günü 5 saat işə cəlb olunsa belə, ödəniş tam gün üzrə hesablanmalıdır. Digər yanaşmaya görə isə əmək haqqı yerinə yetirilən əmək funksiyasına uyğun ödənildiyindən, işçiyə faktiki işlədiyi 5 saata uyğun hesablama aparılmalıdır. 5 saat işlədiyi halda tam gündəlik əmək haqqının ödənilməsi qanunvericiliyin mahiyyətinə uyğun hesab edilmirdi.”
Əvvəlki redaksiyada 164-cü maddədə “gündəlik tarif maaşı” ifadəsinin qeyd edilməsi bəzi hallarda yanlış anlaşılmalara səbəb olurdu. Əmək Məcəlləsində edilmiş dəyişikliklə 164-cü maddənin 1-ci hissəsinin ikinci və dördüncü abzaslarına “gündəlik” sözündən sonra “(saatlıq)” sözü əlavə edilmişdir. Bununla da saatlıq hesablamanın da açıq şəkildə mümkün olduğu normativ səviyyədə təsbit edilmişdir.
Beləliklə, Əmək Məcəlləsinin 164-cü maddəsinin  birinci hissəsinə əsasən İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; 
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Mİsal 1.  Beşgünlük iş rejimində çalışan işçinin tarif (vəzifə) maaşı 1 000 manatdır. İşğaldan azad olunmuş ərazidə çalışdığı üçün 1,2 əmsal tətbiq edilir və faktiki əmək haqqı 1 200 manat təşkil edir.
Fevral ayında iş vaxtı norması 160 saatdır. İşçi istirahət günü 5 saat işə cəlb edilmişdir.
Hesablama aşağıdakı kimi aparılır:
1 000 manat / 160 saat × 5 saat × 2 = 62,50 manat
Burada ikiqat hesablama 164-cü maddənin tələbinə əsaslanır.
Mİsal 2.  Həmin işçi fevral ayında 2 gün istirahət günlərində işə cəlb edilmişdir. Fevral ayında 20 iş günü olduğunu nəzərə alaq.
Hesablama:
1 000 manat / 20 gün × 2 gün × 2 = 200 manat
Misallardan göründüyü kimi, hesablamalar zamanı baza kimi işçinin faktiki aldığı əmək haqqı (məsələn, 1 200 manat) deyil, tarif (vəzifə) maaşı — yəni 1 000 manat əsas götürülməlidir. Cünki Əmək Məcəlləsinin 164-cü maddəsində “əmək haqqı” yox, “tarif (vəzifə) maaşı” anlayışından istifadə edilib.

2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir

Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.

Əmək Məcəlləsində son dəyişikliklərin izahı -   150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
 Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı  - 50+ səhifə 
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.

Sifariş və ətraflı məlumat üçün:
055-368-12-72 (WhatsApp aktivdir)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər