Rəşad Mustafayev: "Distant iş rejimində işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalacaq"

Rəşad Mustafayev: "Distant iş rejimində işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalacaq"

“Məsafədən iş hər kəs üçün maraqlıdır. Çünki əmək fəaliyyətimizdə buna zərurət var. Dəyişiklik ondan ibarətdir ki, 4-cü maddədə qeyd edilib ki, distant işləyən işçilərin də Əmək Məcəlləsinin təminatları ilə tam əhatə olunması təsbit edilir. 55-ci maddədə isə distant işə dair əlavə əmək şəraiti tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Beynəlxalq təcrübə göstərir ki, distant iş rejimində işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalır. Yəni işəgötürən distant iş zamanı yalnız təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyır. Bunların hamısını Əmək Məcəlləsinə sala bilmərik. Bu, sonrakı normalarda və iki tərəf arasında olan əmək müqaviləsinə əlavələrdə öz həllini tapacaq”, - nazir müavini qeyd edib.

Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklərin izahı” mövzusunda tematik təlimdə bu və digər yeniliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər