Fuad Heydərov: "Əmək Məcəlləsinin 179-cu maddəsinə hesablanan məbləğ aşağı olduqda sonuncu iş günü üzrə nəzərə alınacaq"

Fuad Heydərov: "Əmək Məcəlləsinin 179-cu maddəsinə hesablanan məbləğ aşağı olduqda sonuncu iş günü üzrə nəzərə alınacaq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov: " Bu isə işçinin normal məzuniyyət dövrü üçün əməkhaqqına bərabər orta əməkhaqqı almasına gətirib çıxaracaq."

“İşçinin qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əməkhaqqı aldığı dövr var. Lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrü üçün orta əməkhaqqının aşağı düşməsinə səbəb olur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. 

“Təklif etdiyimiz yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq. Bunlar əməkhaqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əməkhaqqına bərabər orta əməkhaqqı almasına gətirib çıxaracaq.

Eyni yanaşma 179-cu maddədə nəzərdə tutulmuş hallara da şamil olunur. Belə ki, iş yerinin və orta əməkhaqqının saxlandığı hallar üzrə ödəniş son iki aya əsasən hesablanır. Əgər son iki ay üzrə orta əməkhaqqı daha yüksəkdirsə, ödəniş həmin məbləğlə təmin ediləcək. Bu məbləğ aşağıdırsa, bu zaman hesablamalar sonuncu iş gününə aid əməkhaqqı əsas götürülməklə aparılacaq”, - Fuad Heydərov qeyd edib.

Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklərin izahı” mövzusunda tematik təlimdə bu və digər yeniliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər