.jpg)
ŞAD XƏBƏR! Əmək qanunvericiliyinə dair inzibati cərimənin şərti tətbiqinin əhatə dairəsi artırıldı (2-ci yazı)
Mks.az saytının ekspertləri İnzibati Xətalar Məcəlləsindəki son dəyişiklikləri şərh edir
Növbəti tematik təlimimiz 14 iyun 2025-ci il (şənbə günü) tarixdə "Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə" mövzusunda keçiriləcək. Təlim həm onlayn (saat 10:00 - 13:00, ZOOM), həm də əyani (saat 14:00 - 17:00, Caspian Plaza) formada keçiriləcək. Tematik təlimdə aşağıdakı mövzular haqqında ətraflı məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi inzibati cərimənin şərti tətbiqini nəzərdə tutur. Maddənin tələbinə görə, İnzabati Xətalar Məcəlləsinin müəyyən maddələrində nəzərdə tutulan inzibati xəta zamanı inzibati cərimə şərti tətbiq edilir. Yəni dövlət qurumu işəgötürənə müəyyən vaxt verir ki, baş vermiş inzibati xətanı aradan qaldırsın. Əgər işəgötürən verilən müddətdə inzibati xətanı aradan qaldırmazsa, ona inzibati cərimə tətbiq edilir.
Dəyişikliyədək İnzibati Xətalar Məcəlləsinin əmək qanunvericiliyinin pozulmasına dair 192-ci maddəsinin 192.6, 192.10 və 192.11-ci maddələri üzrə inzibati cərimə tətbiq edilirdi.
Yeni dəyişiklikdən sonra artıq 192.2 və 192.4-cü maddələri inzibati cərimlərin şərti tətbiqi hallarına aid ediləcək. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsi işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulması, 192.4-cü maddəsi isə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsi və ya tam ödənilməməsi hallarını tənzimləyir.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 192.2-ci və 192.4-cü maddələrində nəzərdə tutulan hallar üzrə inzibati məsuliyyət yaranarsa, Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənə inzibati cəriməni şərti tətbiq edəcək.
İnzibati Xətalar Məcəlləsində edilən son dəyişikliklər və əmək qanunvericiliyinə aid digər inzibati cərimələr haqqında 14 iyun 2025-ci il tarixdə “Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə” mövzusunda, əyani və onlayn formada keçiriləcək tematik təlimdə geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın