Kağız formada bağlanan əmək müqavilələrinin ƏMAS-da elektron sənəd formasına keçirilmə faizi açıqlandı

Kağız formada bağlanan əmək müqavilələrinin ƏMAS-da elektron sənəd formasına keçirilmə faizi açıqlandı

İlkin Əhmədov: “Elektron sənəd formasına keçidlə bağlı DƏMX tərəfindən müvafiq bildirişlər hazırlanaraq işəgötürənlərə göndərilib”

İş günü olan 4 iyun 2025-ci il tarixdə onlayn  formada həyata keçiriləcək növbəti tematik təlimimiz "ƏMAS Platforması: A-dan Z-yə" adlanır.  Təlimdə həmçinin  isb.az, e-gov.az və Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun 17 sentyabr 2024-cü il tarixli, 425 saylı qərarı ilə işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyən edililib. Qərara əsasən, Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli, 1195-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin (əsas və əlavə şərtləri barədə məlumatlar tam daxil edilməklə) işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələləri aşağıdakı kimi müəyyən olunub:

  1. Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 1 yanvar 2025-ci ilədək;
  2. İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 1 iyul 2025-ci ilədək;
  3. Ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 1 yanvar 2026-cı ilədək.

Dövlət müəssisələri ilə bağlı müddət başa çatsa da, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün son müddət 1 iyul 2025-ci il tarixi müəyyən edilib. Maraqlıdır, həmin qurumlar tərəfindən müvafiq qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsində vəziyyət necədir?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Risklərin idarə edilməsi və elektron audit şöbəsinin əməkdaşı İlkin Əhmədov DOST TV və Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə layihəsi olan "Onlayn Müfəttiş" verilişində qeyd edilən məsələyə aydınlıq gətirib: “20 may 2025-ci il tarixinə olan məlumata əsasən, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər tərəfindən qeyd edilən əmək müqavilələrinin elektron sənəd formasına keçirilmə səviyyəsi 80 faizdir. DƏMX tərəfindən elektron sənəd formasına keçidlə müvafiq bildirişlər hazırlanaraq işəgötürənlərə təqdim edilib. Ölkəmizin bütün regionları üzrə işəgötürənlər üçün əyani olaraq maarifləndirmə tədbirləri həyata keçirmişik”.

Əmək müqaviləsi bildirişlərinin elektron sənəd formasına keçid prosesinin də izah olunduğu “ƏMAS altsistemi: A-dan Z-yə” mövzusunda növbəti onlayn tematik təlimimiz iş günü olan 4 iyun 2025-ci ildə (çərşənbə günü) saat 10:00-da baş tutacaq. Tematik təlimdə ƏMAS-la yanaşı, isb.az (sığorta) və e-gov.az (elektron xəstəlik vərəqələri) sistemləri haqqında da geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı whatsApp nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər