Baş nazirin yeni əmək kitabçası qərarı ilə bağlı 4 VACİB MƏQAM

Baş nazirin yeni əmək kitabçası qərarı ilə bağlı 4 VACİB MƏQAM

17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi".  Təlimdə həmçinin  ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 12 may 2025-ci il tarixli, 156 saylı qərarı ilə “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları” təsdiq edilib, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ləğv olunub. 

Nazirlər Kabinetinin yeni qərarından sonra saytımıza ünvanlanan suallarla bağlı bəzi məqamlara aydınlıq gətirmək istəyirik.

Birinci məqam. Nazirlər Kabinetinin müvafiq qərarı Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçilərin əmək kitabçasının forması və doldurulması qaydalarını müəyyən edir.  Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində qeyd edilir ki, siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.

İkinci məqam.  Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanılarkən işçidən Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla digər hallarda əmək kitabçası tələb edilməsi qadağan olub. İşəgötürən işçi ilə əmək müqaviləsini elektron formada ƏMAS altsistemi vasitəsilə bağlayırsa, o zaman istər ilk dəfə əmək fəaliyyətinə başlayan, istərsə də əmək stajı olan işçilər üçün əmək kitabçası ilə bağlı hər hansı fəaliyyət həyata keçirmir.

Üçüncü məqam. İşəgötürən cari işçilərin bəzilərinin əmək kitabçalarını özlərinə qaytarmalıdır. Əmək Məcəlləsində edilən son dəyişikliklərlə bağlı qanunun keçid müddəasında qeyd edilir ki,  bu qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilməlidir. Yəni cari işçinin əmək kitabçasında qeyd edilən məlumatlar onun ƏMAS altsistemindəki iş stajı haqqında məlumatlarla eynidirsə, işəgötürən həmin əmək kitabçasını təhvil verməlidir. ƏMAS altsistemindəki məlumatlarla eynilik daşımayan əmək kitabçaları isə işəgötürəndə qalmalı, yanlız işçilərin əmək müqavilələrinə xitam halında onlara qaytarılmalıdır.

Dördüncü məqam. İnzibati Xətalar Məcəlləsinin 192.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Qeyd edilən inzibati cərimə yalnız Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işə qəbul zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına şamil edilir. Özəl və ya dövlət sektorunda fəaliyyət göstərən işəgötürənlər ilk dəfə əmək fəaliyyətinə başlayan işçi ilə əmək müqaviləsi bağladığı halda əmək kitabçası açması tələbi olmadığı üçün həmin vəzifəli şəxslərin inzibati məsuliyyəti yaranmayacaq.

Əmək kitabçası ilə bağlı yeni qaydalar, həmçinin Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında 17 may 2025-ci il tarixdə onlayn və əyani formada  keçiriləcək “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün  050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər