Altıgünlük iş həftəsində iş vaxtı necə müəyyənləşdirilir? (3 MƏQAM)

Altıgünlük iş həftəsində iş vaxtı necə müəyyənləşdirilir? (3 MƏQAM)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Altıgünlük iş həftəsində iş vaxtının müəyyənləşdirilməsinə gəlincə isə, Əmək Məcəlləsinin 90-cı maddəsinin üçüncü hissəsinə əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Maddədə diqqət ediləsi üç məqama nəzər salaq.
Əmək Məcəlləsinə uyğun olaraq altıgünlük iş rejimin müəyyən olunması üçün müəyyən tələblər gözlənilməlidir:
1. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz.
Mİsal 1.  İşəgötürən qərar verir ki, işçi həftənin ilk beş gününü 7 saat, şənbə günü isə 5 saat işləsin. Göründüyü kimi, həftəlik iş norması 40 saat (7 saat x 5 iş günü+ 5 saat x 1 iş günü), gündəlik iş norması isə 7 saatdan çox olmadı.
2. Həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan çox ola bilməz.
Mİsal 2.  İşəgötürən qərar verir ki, işçi həftənin beş iş günündə 6 saat, şənbə günündə isə 5 saat işləsin. Bu halda həftəlik iş norması 35 saat (6 saat x 5 iş günü+ 5 saat x 1 iş günü), gündəlik iş norması isə 6 saatdan yuxarı müəyyən edilmədi.
3. Həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Mİsal 3.  İşəgötürən qərar verir ki, işçi həftənin altı iş günündə 4 saat işləsin. Bu halda həftəlik iş norması 24 saat (4 saat x 6 iş günü) olur və gündəlik iş norması da 6 saatdan yuxarı müəyyən edilmir.
Göründüyü kimi, işəgötürən altıgünlük iş həftəsində həftəlik iş normasına uyğun gündəlik iş saatları müəyyən etməlidir. Misal üçün, əmək qanunvericiliyi həftəlik iş saatı 36 saat olduğu halda işçinin gündəlik normal iş saatının 7 saat müəyyən edilməsinə icazə vermir.
Sonda bir məsələni qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin ikinci hissəsinə əsasən, atıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Maddədən göründüyü kimi, işəgötürən heç bir halda şənbə günü 6 saatdan çox iş vaxtı müəyyən edə bilməz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər