Dekabr ayında iş vaxtından artıq işə cəlb edilən işçinin əmək haqqı necə hesablanmalıdır? (3-cü yazı)

Dekabr ayında iş vaxtından artıq işə cəlb edilən işçinin əmək haqqı necə hesablanmalıdır? (3-cü yazı)

“MKS Academy”nin 23 dekabr 2023-cü il tarixdə həyata keçirdiyi ilin son HR təlimində müzakirə olunan məsələ

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən işəgötürənlər üçün cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Maraqlıdır ki, işçi iş vaxtından artıq işə cəlb edildikdə, hesablama necə həyata keçirilməlidir?

“MKS Academy” tərəfindən 23 dekabr 2023-cü il tarixdə keçirilən, 50-ə yaxın HR mütəxəssisinin həm əyani həm ZOOM üzərindən onlayn formada iştirak etdiyi tematik təlim zamanı təlimçilər dekabr ayında əlavə iş vaxtına çıxması halında işçinin əmək haqqının necə hesablanmasına aydınlıq gətiriblər: “Tutaq ki, işçi dekabr ayı ərzində 2 saat müddətində əlavə işə cəlb edilib. Həmkarlardan suallar daxil olur ki, bu halda hesablama zamanı 168 saata yoxsa, 30 dekabr 2023-cü il tarixinin iş günü olması nəzərə alınmaqla 176 saata istinad edilməlidir? Fikrimizcə, iş vaxtından artıq iş cəlb edilmə zamanı işçinin faktiki işə cəlb edilmə vaxtı, yəni 176 saat əsas götürülməlidir”.

Növbəti yazılarımızda ay tam başa çatmamış əmək müqaviləsinə xitam verilməsi, iş vaxtının cəmləmiş uçotu, əmək haqqının hesablanması və əmək məzuniyyəti 29 dekabr 2023-cü ildə bitən işçi ilə bağlı məsələlər haqqında məlumat verəcəyik.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər