ƏMAS altsistemində işçilərin məzuniyyətə kütləvi göndərilməsi ilə bağlı əmr hazırlamaq mümkün olacaq?

ƏMAS altsistemində işçilərin məzuniyyətə kütləvi göndərilməsi ilə bağlı əmr hazırlamaq mümkün olacaq?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə Tağıyevanın mövqeyi

Xəbər verdiyimiz kimi, noyabr ayından etibarən ƏMAS altsistemində məzuniyyət əmrlərin hazırlanması üçün xüsusi bölmə işəgötürənlərin ixtiyarına veriləcək. Maraqlıdır ki, işçi sayı olan çox olan müəssisələrdə yay mövsumi zamani əksər işçilərinin məzuniyyətə göndərilməsi bir əmr formasında rəsmiləşməsi prosesini ƏMAS altsitemində həyata keçirmək mümkün olacaq?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə Tağıyeva bildirib ki, ƏMAS altsistemində işçilərin kütləvi yox, fərdi olaraq məzuniyyətə göndərilməsi əmrini hazırlamaq mümkün olacaq: “Mümkündür ki, gələcəkdə kütləvi əmrlərin hazırlanması təklifi də müzakirə olunsun. Amma nəzərə almaq lazımdır ki, gələcəkdə işəgötürən tərəfindən elekton məzuniyyət əmrlərinin işçiyə onlayn rejimdə göndərilməsi nəzərdə tutulub. Bu zaman məzuniyyətlə bağlı göndərilən sənəddə digər şəxslər haqqında məlumatların göstərilməsi fərdi məlumatların qorunması baxımdan problemlər yarada bilər. Mümkündür ki, ƏMAS altsistemində işçilərin kütləvi surətdə məzuniyyətə göndərilməsi ilə bağlı əmrlərin hazırlanması məqsədəuyğun hesab ediməyə bilər”.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər