Əmək kitabçasına hansı məlumatların qeyd edilməsi mütləqdir?

Əmək kitabçasına hansı məlumatların qeyd edilməsi mütləqdir?

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Əmək kitabçasının 3-cü bölməsi “İş haqqında məlumat” adlanır və 4 hissədən ibarətdir. Dörd halda işəgötürən əmək kitabçasının 3-cü bölməsinə müvafiq yazılış aparmağa borcludur:
- İşçinin əsas iş yerində işə götürülməsi;
- Əsas iş yerində bir işdən başqa işə keçirilməsi;
- Əvəzçilik üzrə məlumatların (işə qəbul və işdən azad olunma) əks etdirilməsi;
- Əsas iş yerində işdən azad edilməsi.  
Bu halların hər birini ayrılıqda, nümunələr üzərində nəzərdən keçirəcəyik. İşçinin işə qəbulu ilə bağlı əmək kitabçasına yazılışa keçməzdən əvvəl bəzi vacib məsələləri xatırladırıq: 
- Əmək kitabçası diyircəkli və ya mürəkkəb qələmlə doldurulur;
-  Sənədi yalnız mavi, qara və ya bənövşəyi rəngdə yazan qələmlə doldurmaq olar. Başqa rəngli qələmlə yazılış aparmaq qadağandır. Bu tələb sırf praktiki əhəmiyyətə malikdir, əmək kitabçasına edilmiş yazılışların işığın və rütubətin təsirindən itməməsi üçündür;
- Əmək kitabçasına qısaldılmış yazılış aparmağa yol verilmir. Məsələn, Əhmədova N.M. yox, Əhmədova Nazimə Mirzə qızı
- Əmək kitabçasında gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır;
- Qeydlər mümkün qədər aydın, konkret və səliqəli yazılmalıdır ki, asan oxunsun;
- Titul vərəqəsinə edilmiş düzəlişdən fərqli olaraq daxili səhifədə düzəliş edəndə səhv yazılışın üzərindən xətt çəkməyə icazə verilmir. Bu barədə bölmənin növbəti səhifələrində nümunələr təqdim edəcəyik. 
İndi isə işçinin işə qəbulu ilə bağlı əmək kitabçasına edilən yazılışa baxaq. Əmək kitabçasının tərtibi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarında yazılır ki, “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Çox təəssüf ki, praktikada qanunvericiliyin bu tələbinə əməl olunmur, işəgötürənin adı ayrıca sətirdə yazılmır, əsasən iki cümlədən ibarət qeydin içində olur....

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər