Ştat cədvəlinə dəyişikliklər necə rəsmiləşdirilir? (Nümunəvi formalar)

Ştat cədvəlinə dəyişikliklər necə rəsmiləşdirilir? (Nümunəvi formalar)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Ştat cədvəlinə dəyişkilik edilməsi müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Ştat cədvəlinə dəyişiklik edilməsi zərurəti yaradan halları aşağdakı kimi qruplaşdırmaq mümkündür:
- Yeni struktur bölməsinin və ya vəzifənin yaradılması;
- Mövcud struktur bölməsinin və ya vəzifənin adının dəyişdirilməsi;
- İşçinin aylıq əmək haqqında olan dəyişiklik;
- Struktur bölməsinin və ya vakant vəzifənin ləğvi;
- Ştat vahidlərinin sayının ixtisarı.
Ştat cədvəlinə dəyişiklik edilməsi (ştat vahidlərinin sayının  artırılması, ştatların sayının ixtisarı və sair) mütləq əsaslandırılmalıdır. Belə dəyişikliyin əsası kimi struktur bölməsinin rəhbərinin xidməti yazısı əsas götürülə bilər. Əvvəlcə ştat cədvəlinə dəyişiklik edilməsi ilə bağlı xidməti yazı nümunəsinə baxaq.


  “Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Marketinq şöbəsinin müdiri
Qafarov Malik Abbas oğlu tərəfindən

Xidməti yazı
Ştat cədvəlinə dəyişiklik edilməsi haqqında

“Alov” MMC-nin satışını həyata keçirdiyi məhsulların çeşidinin və həcminin 15 mart 2019-cu ildən gözlənilən artımı ilə bağlı Azərbaycanın regionlarında satışın mövcud həcminin iki qat yüksəldilməsi hədəfinə nail olunması məqsədi ilə ştat cədvəlində şatış şöbəsinə daxil olan şatış üzrə menecer vəzifəsinin, aylıq əmək haqqı 350 (üç yüz əlli) manat olmaqla, 2 ştat vahidi artırılmasını təklif edirəm.  
________ Qafarov M.A.
1 mart 2019-cu il
———————————————————————————————
Xidməti yazıya müvafiq olaraq ştat cədvəlinə dəyişiklik edilməsi haqqında əmrin nümunəvi formasını təqdim edirik. Qeyd edək ki, xidməti yazı olmazsa, təşkilatın rəhbəri başqa əsaslandırma ilə ştat cədvəlinə dəyişiklik edilməsi haqqında əmr imzalaya bilər.

Blank “Alov” MMC
ƏMR 
№________

Şirvan şəhəri        ____ ___________________2019-cu il

Ştat cədvəlinə dəyişiklik edilməsi haqqında

15 mart 2019-cu il tarixdən satışın gözlənilən artımı ilə bağlı Satış şöbəsinin müdiri  Qafarov Malik Abbas oğlunun  1 mart 2019-cu il tarixli xidməti yazısına əsaslanaraq “Alov” MMC-nin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədi ilə

ƏMR EDİRƏM:

1. Cəmiyyətin direktorunun ____ ______ 2019-cu il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2019-cu iş ili üçün Ştat cədvəlinə aşağıdakı qaydada dəyişiklik edilsin:
1.1 Şatış şöbəsinin satış meneceri vəzifəsi aylıq əmək haqqı 350 (üç yüz əlli) manat olmaqla 2 (iki) ştat vahidi artırılsın.
2.  Dəyişiklik 15 mart 2019-cu il tarixdən qüvvəyə minsin.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına müvafiq dəyişikliyi ştat cədvəlində nəzərə alınsın.

Direktor _______ Nəbili N.N.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər