HR mütəxəssisləri hansı hallarda xidməti yazıdan istifadə etməlidir?

HR mütəxəssisləri hansı hallarda xidməti yazıdan istifadə etməlidir?

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə
Xidməti yazı(məlumat) işçi tərəfindən öz rəhbərinə ünvanlanmış məlumat-arayış, izahat xarakterli sənəd növüdür. Bu sənəd növü özündə hansısa əmri, göstərişi ehtiva etməsə də, onun əsasında təşkilatın rəhbəri tərəfindən əmr, qərar, sərəncam hazırlana bilər. Xidməti yazı (məlumat) adlı sənədə müvafiq standartlarda və normativ hüquqi aktlarda rast gəlinməsə belə, müəssisədaxili sənəd dövriyyəsində xüsusi yeri olan və idarəetmənin operativliyini və səmərəliliyini yüksəldən sənəd növüdür. Xidməti yazı imkan verir ki, ən qısa müddətdə baş vermiş problem barədə rəhbərlik məlumatlandırılsın. Bu sənədin tərtib edilməsi həm də onun sübutudur ki, iş prosesində problemi aşkara çıxaran işçi situasiyanı başlı-başına buraxmayıb, özü öhdəsindən gələ bilmədiyi problemin aradan qaldırılması üçün rəhbərliyi operativ şəkildə məlumatlandırıb.
Xidməti yazı formaca sərbəst olsa da, bu sənəd növündə aşağıdakı rekvizitlərin olması vacibdir:
- Sənədin sağ, yuxarı küncündə müraciət ünvanlanan rəhbər şəxsin vəzifəsi və adı, soyadı, eyni zamanda, xidməti yazını tərtib edənin vəzifəsi və adı, soyadı göstərilməlidir;
- Sənədin adı (Xidməti yazı) yazılmalıdır;
- Sənədin başlığı olmalıdır;
- Sənəddə əvvəlcə mövcud situasiya, sonra isə konkret təklif və ya xahiş qeyd olunmalıdır;
- Sənədin sonunda onu tərtib edənin vəzifəsi adı, soyadı, imzası və tarix yazılmalıdır.
Xidməti yazılar məzmun etibarilə məruzə (hesabat), izahat və məlumat xarakterli ola bilər. Növbəti səhifədə xidməti yazı ilə bağlı bir nümunə təqdim edirik.  Kitabın praktiki fəaliyyətlə bağlı bütün bölmələrində müxtəlif məzmunlu və təyinatlı xidməti yazı nümunələri verilib.
------------------------------------------------------------------------------------
Nümunə:
“Alov” MMC-nin direktoru
 Nüsrət Nəbiliyə
Satış şöbəsinin müdiri
İmran Hüseynov tərəfindən
 
Xidməti yazı
Mükafatlandırma haqqında

Xahiş edirəm satış şöbəsinin əməkdaşı Nuriyeva Nazilənin 2018-ci ilin oktyabr-noyabr aylarında müştəri bazasını 30 ticarət nöqtəsindən 50-yə çatdırmasını və satışın həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artırmasını nəzərə alaraq onun 300 (üç yüz) manat məbləğində mükafatlandırılmasına göstəriş verəsiniz.
 
Satış şöbəsinin müdiri ______________ İ. Hüseynov
01 dekabr 2018-ci il
------------------------------------------------------------------------------------

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər