İşçilərin attestasiyasına hansı fərqli yanaşmalar var? (4 Misalla izah)

İşçilərin attestasiyasına hansı fərqli yanaşmalar var? (4 Misalla izah)

Satışı bitən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinn 3-cü maddəsinə əsasən, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. Deməli, işçilərin attestasiya qaydaları xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxslərə şamil olunmur. Əmək Məcəlləsinin 65-ci, “İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri” maddəsinin birinci hissəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.  Maddədən göründüyü kimi, işçilərin attestasiyasının keçirilməsində məqsəd işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığını müəyyən etməkdir. Bu cür attestasiyanın hədəfi işçi hesab olunmalıdır.
Attestasiya keçirilməsi nəzərdə tutulan işçilərlə bağlı Əmək Məcəlləsinin xüsusi tələbi mövcuddur. Əmək Məcəlləsinin 65-ci maddəsinin ikinci hissəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Mİsal 1. İşçi mühasib vəzifəsində 9 aydır ki, çalışır. Bu halda işəgötürən həmin işçinin attestasiyasını həyata keçirə bilməz.
Mİsal 2. Xəzinədar vəzifəsində çalışan işçi 2 ildən sonra mühasib vəzifəsinə keçirilir. İşçi mühasib vəzifəsində 7 ay çalışdığı halda onun attestasiyası həyata keçirilə bilməz. Çünki işçinin bir işəgötürəndə ümumi iş stajının 2 il 7 ay olmasına baxmayaraq, müvafiq vəzifədə (iş yerində) iş stajı bir ildən azdır.
Mİsal 3. İşçi 2019-cu ildə attestasiya olunsa da, işəgötürən qərar verir ki, 2021-ci ildə həmin işçini attestasiya etsin. İşəgötürənnin bu qərarı əmək qanunvericiliyinə ziddir, çünki hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Mİsal 4. Elmi-tədqiqat müəssisəsinin elmi işçisi 2017-ci ildə attestasiyadan keçib. 2021-ci ildə işəgötürən qərar verir ki, 3 il müddət keçdiyinə görə işçini attestasiyadan keçirsin. Amma Əmək Məcəlləsinin 65-ci maddəsində elmi işçilər üçün attestasiya müddəti 3 il yox, 5 il müəyyən edildiyindən işəgötürən həmin vəzifədə çalışanlar üçün qeyd edilən müddəti gözləməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər