İşəgötürən işdən çıxmaq üçün müraciət edən işçini bir aydan çox iş yerində saxlaya bilər?

İşəgötürən işdən çıxmaq üçün müraciət edən işçini bir aydan çox iş yerində saxlaya bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 69-cu, “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” maddəsinin birinci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
Maddədən göründüyü kimi, işçi bir ay öncədən müraciət etməklə əmək müqaviləsinin xitamını tələb etmək hüququna malikdir. Və yaxud bir başqa şəkildə ifadə etsək, işdən çıxmaq üçün müraciət edən işçini işəgötürənin bir aydan çox iş yerində məcburi  saxlamaq hüququ yoxdur.
Mİsal. İşçi 5 mart 2022-ci il tarixdə müraciət edərək 5 aprel 2022-ci il tarixdə işdən azad edilməsini xahiş edir. Bu şərtlər daxilində işəgötürənin 5 aprel 2022-ci tarixdən sonra işçidən əmək funksiyanı tələb etməsi əmək mübahisəsinin yaranmasına səbəb olub. 
Fikrimizcə, Əmək Məcəlləsində müəyyən edilmiş bir ay kifayətdir ki, işəgötürən ərizə ilə müraciət edən işçini işdən azad etsin. Əmək Məcəlləsinin 69-cu maddəsinin ikinci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
Mİsal. İşçi 17 fevral 2022-ci il tarixdə ərizə ilə 1 aydan sonra işdən çıxması haqqında müraciət edir. İşəgötürən təhvil-təslim işlərini gec həyata keçirdiyi üçün anbardar vəzifəsində çalışan işçidən tələb edir ki, bir aylıq müddət bitəndən sonra əlavə 10 gün də işə çıxsın. Bu zaman işçinin hüququ var ki, işə çıxmasın və işəgötürəndən son haqq-hesabın aparılmasını tələb etsin. Amma tərəflərin razılığı ilə əmək müqaviləsinə xitamın tarixi daha 10 gün uzadıla (irəli çəkilə) bilər və bu, qanun pozuntusu deyil.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər