Tural Məmmədovun təqdimatında: Korporativ idarəetmədə vacib məqamlar

Tural Məmmədovun təqdimatında: Korporativ idarəetmədə vacib məqamlar

AİRA-nın həmtəsiçisi və idarə heyətinin üzvü Tural Məmmədovun insan resurslarının idarə olunması ilə bağlı məqaləsini təqdim edirik

Sistemin qurulmasına qarşı çıxma, korporativ maraqlara zidd davranma halları hər zaman sistemin özünün, yaxud da bu quruculuğu edənlərin kasadlığı, bacarıqsızlığı, düzgün olmaması ucbatından olmur. Bir çox hallarda ən optimal sistemə və ən optimal şəxsə qarşı da etirazlar edilə bilər. Bunların səbəbləri etiraz edənlərin özlərində, daxillərində olan həsəd hissləri ola bilər. Etiraz edənlər əksər hallarda özlərinin maraqlarının qorunmaması səbəbəindən sistemin və quruculuq işlərini edənlərin çatışmazlıqlarının olduğu iddiasını edirlər. Səbəb kimi əlbəttə ki, heç vaxt özlərinin şəxsi maraqlarının qorunmamasını göstərmirlər. Əksinə, etiraz etdikləri sistemin əksiklərini iddia edib, obyektiv, texniki, rasional isbatlar etməyə çalışırlar. Hətta bəzən ictimai rəyə təsir edib sonra da ictimai rəyin alınması yolu ilə iddialarını əsaslandırmağa çalışırlar. Sosial-koporativ nizamı tənzimləyən alətləri məhdudlaşdırma halı kimi gözdən salmağa cəhdlər edirlər. Bu versiyaları baş tutmadıqda islahatları, quruculuğu aparan şəxsə qarşı şərtlərdən asılı olaraq əvvəl gizli, sonra isə açıq mübarizə aparırlar.
Ən maraqlısı isə odur ki, bu tədbirləri heç bir zaman zəif, potensialsız, nüfuzu az olan, maddi imkanları məhdud olan şəxslər etmir, tam tərsi, bu əngəlləri əksər hallarda daha nüfuzlu, daha imknalı, daha potensiallı, daha çox təsir imkanları olanlar, hətta daha elmli şəxslər edirlər.
Odur ki, islaharları edən, transformasiyaya rəhbərlik edən şəxslərin və komandaların formalaşdırılması üçün onların müəyyən risklərdən qorunacağına dair vədlər verilməli və vaxtı gəldikdə bu vədlər yerinə yetirilməlidir. Komandaya qayğı onu #motivasiya edən ən əhəmiyyətli amillərdəndir. Komanda əksər hallarda arxasında korporativ iradə, #dəstək#güc istəyir. Bir çox hallarda fərdi nailiyyətli olan şəxslər, rəhbər əməkdaşlar da əməliyyatlar nəticəsində onlara qarşı mövqe alan digər şəxslərin planlarından, hiylələrindən müdafiə edilmək, dəstək, #korporativiradə görmək istəyirlər. Əgər bu dəstək verilməsə, müəyyən risklərdən qorunma, müdafiə cəhdləri və bu cəhdlərin nəticələri olmasa o zaman qurum onun maraqlarını ali hesab edən çox dəyərli əməkdaşlarını itirər. Çünkü qurumun #korporativ maraqları naminə mübarizə aparanlar birinci növbədə #rəhbər şəxslərin də qurumun ümumi koporativ maraqlarına sahib çıxmaqlarını umurlar.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın