Direktorun işə qəbulu və azad olunması necə rəsmiləşdirilməlidir? (Nümunəvi formalar)

Direktorun işə qəbulu və azad olunması necə rəsmiləşdirilməlidir? (Nümunəvi formalar)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

İştirakçılarının sayı 1-dən çox olan məhdud məsuliyyətli cəmiyyətlərdə kollegial idarəetmə forması tətbiq edildiyindən, direktorun seçilməsi ümumi yığıncağın iclasında həyata keçirilir. Belə cəmiyyətlərdə ümumi yığıncağın iclası protokollaşdırılır, qərar protokolun tərkibində olur. 
Burda iki hal mümkündür: Direktorun iştirakçıların içərisindən seçilməsi və ya kənar şəxsin təyin edilməsi. 
Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Hər iki formalı MMC-lərdə direktorun seçilməsi (təyin olunması) və onun səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı protokol və qərar nümunələrini təqdim edirik.

“Alov” MMC-nin
iştirakçılarının növbədənkənar ümumi yığıncağının
P R O T O K O L U
№___

Bakı şəhəri                 “____” ________20___-ci il

Sədr: ______________________
Katib: _____________________
İştirak edirdilər:
“Alov” MMC-nin iştirakçıları:
1. Soyadı, adı, atasının adı
2. Soyadı, adı, atasının adı
3. Soyadı, adı, atasının adı

Dəvət edilib:
Soyadı, adı, atasının adı (əgər direktor vəzifəsinə seçiləcək şəxs kənardan dəvət olunubsa)
Ümumi yığıncağın gundəliyi:
1. Cəmiyyətin baş direktoru ____________ əmək müqaviləsinə xitam verilməsi; 
2. Cəmiyyətin yeni baş direktorunun seçilməsi və onunla əmək müqaviləsinin bağlanılması.
....

2. EŞİDİLDİ:
Cəmiyyətin iştirakçılarından ___________ baş direktor vəzifəsinə cəmiyyətin iştirakçısı (və ya kənardan dəvət edilən) __________ seçilməsini və onunla əmək müqaviləsi bağlanılmasını təklif etdi. Əlavə təklif olmadığından təklif səsə qoyuldu.
Səsvermənin nəticələri:
Lehinə - 3 səs;
Əleyhinə - 0 səs;
Bitərəf – 0 səs.

3. QƏRARA ALINDI:
1. ___________ (şəxsiyyət vəsiqəsinin göstəriciləri) baş direktor təyin edilsin və onunla əmək müqaviləsi imzalansın.
2. ____________ ilə əmək müqaviləsinin 5 illik müddətə və protokola əlavə olunan şərtlər daxilində imzalanması səlahiyyəti Cəmiyyətin iştirakçısı _____________ həvalə olunsun.

Ümumi yığıncağın sədri______ ______________
Ümumi yığıncağın katibi ______ ______________

-------------------------------------------------------------------------------------
“Alov” MMC-nin
iştirakçılarının növbədənkənar ümumi yığıncağının
P R O T O K O L U
№___

Bakı şəhəri                 “____” ________20___-ci il
Sədr: ______________________
Katib: _____________________

İştirak edirdilər:
“Alov” MMC-nin iştirakçıları:
1. Soyadı, adı, atasının adı
2. Soyadı, adı, atasının adı
3. Soyadı, adı, atasının adı

Dəvət edilib:
Soyadı, adı, atasının adı (əgər direktor vəzifəsini tutan şəxs Cəmiyyətin iştirakçısı deyilsə)

Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin baş direktorunun səlahiyyətlərinə vaxtında əvvəl xitam verilməsi və onunla bağlanılmış əmək müqaviləsinin ləğv olunması
2. ……
1. EŞİDİLDİ:
“Alov” MMC-nin iştirakçılarından ___________ 2019-cu hesabat ilində Cəmiyyətin maliyyə vəziyyətinin pisləşməsini, təsərrüfat əlaqələrinin zəifləməsini əsas gətirərək baş direktor ___________ səlahiyyətlərinə vaxtında əvvəl xitam verilməsini təklif etdi. Təkliflə bağlı hər hansı əlavə rəy olmadığından təklif səsə qoyuldu.

Səsvermənin nəticələri:
Lehinə - 3 səs;
Əleyhinə - 0 səs;
Bitərəf – 0 səs.
QƏRARA ALINDI:

1. ___________ baş direktor vəzifəsindən azad olunsun və onunla bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl ləğv edilsin.
2. ___________ oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq kompensasiya ödənilsin.
3. Qərardan irəli gələn məsələlərin icrası baş mühasib __________ oğluna və İnsan resursları şöbəsinin müdiri _________ qızına həvalə olunsun.

Ümumi yığıncağın sədri______ ______________
Ümumi yığıncağın katibi ______ ______________

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın