Tural Məmmədovun təqimatında: “Bonus sistemində müəyyən bir hissə də olsa qrup, komanda fəaliyyətinin nəzərə alındığı əmsallar qoyulmalıdır”

AİRA-nın həmtəsiçisi və idarə heyətinin üzvü Tural Məmmədovun insan resurslarının idarə olunması ilə bağlı məqaləsini təqdim edirik

Özünü inkişaf etdirməyib (və bunun fərqində olan, yəni bilmədiyini bilən) yeniliklərə uyğunlaşmaq istəməyən işçilər adətən deyirlər ki, bizim potensialımız aşağıdır. Biz istəsək də nəticə əldə edə bilmərik. Əslində isə onlar istəksizlikləri və motivasiyalarının aşağı olmaqları səbəbindən layihələrdən kənar qalır və yaxud da kənar saxlanılırlar. Beləliklə kütləşir və doğurdan da nəticə verə bilmirlər. Tədricən isə qurumun fayda verən əsas komandası ilə münasibətlərində olan soyuqlaşma səbəbi ilə aidiyyət hisslərini itirirlər.

İşçilər özlərini xüsusi “imtiyazlı” hissetdikdə isə işə və nəticəyə olan münasibətlərində səhlənkarlıq baş verə bilər. Odur ki, kollektivin heç bir üzvü, eləcə də heç bir rəhbər özünü toxunulmaz hiss etməli deyil. Qurulan sistemlər də buna xidmət etməlidir ki, qurum korporativ miqyasda komfort zonasına girməsin. Bunun üçün nəticələrə və proseslərə nəzarət edən qiymətləndirmə sisitemi qurulmalıdır. Bu sistem isə subyektivlik amillərindən arındırılmalıdır. Ən əsası isə bu qiymətləndirmə sistemləri müntəzəm, cari, daimi və davamlı xarakter daşımalıdır. İlin yalnız müəyyən vaxtlarında edilən qiymətləndirmələr əməkdaşların məsuliyyət hisslərinin elə məhz həmin dövrlərdə artması, bu perioddan sonra isə azalması ilə müşaiyət olunacaqdır. Bu sistemin dayanıqlığı üçün isə avtomatlaşdırılmış, müntəzəm işlək olan mexanizmlər qurulmalıdır.

Bəzi işçilər özləri uyğun olmayan formada və istiqamətlə işləməklə yanaşı, başqa işçiləri də səhv işləməyə sövq edir, məhsuldarlıqdan uzaqlaşdırır. Bunun isbatı olmadıqca susmaq və məsələni şişirtməmək lazımdır. Buna görə də xidməti fəaliyyətin qiymətləndirilməsi, bonus sistemləri qurulmalıdır ki, düzgün istiqamətdə işləyən işçi ilə məhsuldar olmayan işçi bir-birindən ayırd edilə bilinsin. Məhsuldarlıq anlayışına zidd, arzu edilməyən, qaydalara uyğun olmayan işlərə dəvət edilən əməkdaşlar bu dəvətlərin korporativ maraqlara uyğun olmadığını aydın şəkildə bilməlidir. Əməkdaşlar bilməlidir ki, əgər qeyri məhsuldar işləsələr onların nəticələri sistemli şəkildə aşkar olunacaq. Bununla yanaşı bonus sistemində müəyyən bir hissə də olsa qrup, komanda fəaliyyətinin nəzərə alındığı əmsallar qoyulmalıdır. Beləliklə qeyri-məhsuldarlığa dəvət edən əməkdaşlar da bilsinlər ki, digər işçilərin mənfi nəticələri onların özlərinə də mənfi təsir edəcəkdir.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər