Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Ramin Hacıyevin təqdimatında: Məzuniyyətin hissələrə bölünməsi halların tənzimlənməsi

  • Əsas səhifə
  • Məqalələr
  • 0 Komment
  • 05 May 2023

Ramin Hacıyevin təqdimatında: Məzuniyyətin hissələrə bölünməsi halların tənzimlənməsi

İş adamlarını maraqlandıran məsələlərdən biri də məzuniyyətin hissələrə bölünməsi və bu zaman məzuniyyət haqqının ödənilməsi ilə bağlıdır. Mövzunu ENA.az-a “AZLIFT PRO” QSC-nin İnsan Resusrsları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edib.

Məzuniyyətin hissələrə bölünməsi üzrə:

Azərbaycan Respublikası  Əmək Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bu zaman məzuniyyətin bölünmüş hissələrindən birinin müddətinin iki təqvim həftəsindən az olmaması şərti ilə razılığa gəlinir. Maddənin 1-ci hissəsinin şərtinə görə, əmək məzuniyyətinin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən, yəni 14 təqvim günündən az olmamalıdır.

Bəzən təcrübədə işçilər məzuniyyətin hissələrə bölünərkən iki təqvim həftəsindən az müddətə bölünərək istifadə edilməsi üçün müraciət edirlər. Bu isə mövcud qanunvericiliyin tələbinə ziddir.

Lakin Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyəti iki təqvim həftəsindən az müddətə də hissələrə bölünərək verilə bilər.

Məzuniyyət haqqının ödənilməsi üzrə:

Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Bu hal məzuniyyətə çıxan işçinin məzuniyyətdən daha səmərəli istifadə etməsinə kömək edir. Bəzi hallarda işçilər məzuniyyət haqqının əməkhaqqı ilə birlikdə ödənilməsini tələb edirlər. Belə olan halda Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbini pozmamaq üçün işəgötürənlər işçilərin bu tələbini yerinə yetirə bilmir.

Lakin Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndində işçi və işəgötürənin razılaşmasına  əsasən məzuniyyətə görə ödənişin başqa vaxtlarda verilməsi müəyyən oluna bilər.

Məlumat üçün qeyd edim ki, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlardandır.

Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Qeyd edək ki, yuxarıda göstərilən hər iki hal üzrə işçi və işəgötürənin qarşılıqlı razılığı işçinin ərizəsinə əsasən deyil, kollektiv müqavilədə və ya əmək müqaviləsində Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyasının müvafiq maddələrinə istinad etməklə əlavə şərt qeyd edərək həyata keçirilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    30 Oktyabr 202610:01

    RƏSMİ! 1 aprel 2027-ci ildən işçilər əməkhaqqını istədikləri bankdan ala biləcəklər

    05 Noyabr 202614:04

    İNQİLABİ DƏYİŞİKLİK! İşçi işlədiyi müddətdə 21 günlük əmək məzuniyyətinə görə kompensasiya ala bilməyəcək (1-ci yazı)

    05 Noyabr 202623:43

    GÖZLƏNİLƏN DƏYİŞİKLİK! Saatlıq əməkhaqqı sistemi hansı hallarda tətbiq ediləcək? (2-ci yazı)

    06 Noyabr 202600:10

    BƏD XƏBƏR! Dəqiqləşdirilmiş vergi bəyannamələrinin sayına məhdudiyyət tətbiq ediləcək? (2-ci yazı)

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    FƏRQLİ YANAŞMA! Üç yaşınadək uşağa qulluğa görə müavinət üçün də azı 6 ay sosial sığorta stajı olmalıdır?.

    • 11 Noyabr 2026

    Məqalələr

    ƏLA TƏKLİF! ƏMAS platformasında texniki problem işəgötürənin təqsiri hesab edilməyəcək? (9-cu yazı).

    • 10 Noyabr 2026

    Məqalələr

    GÖZLƏNİLƏN DƏYİŞİKLİK! Qeyri-rezidentlərlə bağlı mühasiblər arasında mübahisə doğuran məsələ həll olunur? (7-ci yazı).

    • 10 Noyabr 2026

    Məqalələr

    YENİ QAYDA! Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi necə tənzimlənəcək? (8-ci yazı).

    • 09 Noyabr 2026

    Məqalələr

    ƏLA TƏKLİF! Kiçik sahibkarlar üçün 25 faiz məbləğində güzəşt olacaq (6-cı yazı).

    • 09 Noyabr 2026

    Məqalələr

    YENİ TƏLƏB! Saatlıq əməkhaqqı alan işçi 30 dəqiqə işlədikdə əməkhaqqı necə hesablanacaq? (7-ci yazı).

    • 09 Noyabr 2026

    Məqalələr

    FAYDALI YENİLİK! Fəaliyyətini dayandıran vergi ödəyiciləri üçün ƏLA XƏBƏR! (5-ci yazı).

    • 08 Noyabr 2026

    Məqalələr

    YENİ TƏLƏB! 3 yaşınadək uşağı olan işçilərə münasibətdə hansı fərqli qaydalar tətbiq ediləcək? (6-cı yazı).

    • 08 Noyabr 2026

    Məqalələr

    YENİ DƏYİŞİKLİK! Vergi ödəyicisi borcunu ödəmədikdə onun gəliri hesab ediləcək (4-cü yazı).

    • 07 Noyabr 2026

    Məqalələr

    YENİ RƏSMİLƏŞDİRMƏ! İşçi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya üçün ərizə yazacaq? (5-ci yazı).

    • 07 Noyabr 2026

    Məqalələr

    GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK! Bəzi xidmət müqavilələri üzrə vergi portalında elektron alış aktı tərtib ediləcək (3-cü yazı).

    • 07 Noyabr 2026

    Məqalələr

    YENİ YANAŞMA! Minimum saatlıq əməkhaqqının məbləği necə müəyyən ediləcək? (4-cü yazı).

    • 07 Noyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur