Əbülfət Məhərəmov: “Bu tip təşkilatlar həmkarlar ittifaqının güclü olmasından çəkinirlər”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov əksər  özəl müəssisələrdə kollektiv müqavilənin tətbiq olunmamasına da aydınlıq gətirib: “Əmək Məcəlləsində kollektiv müqaviləyə aid ayrıca fəsil ayrılmasına baxmayaraq, təəssüf ki, özəl müəssisələrin əksəriyyətində kollektiv müqavilə tətbiq olunmur. İnkişaf etmiş xarici ölkələrin əksər işəgötürənləri işçilərlə (ilk həmkarlar təşkilatlarıl ilə) kollektiv əmək müqavilələri bağlayırlar.

Fikrimcə, bu tip ölkələrdə həmkarlar komitəsi güclü olduğu üçün işəgötürənləri kollektiv müqavilə imzalamağa məcbur edirlər. O səbəbdən də, transmilli təşkilatlar ölkəmizdə fəaliyyət göstərdikdə öz ölkələrindəki həmkarlar ittifaqının güclü olmasından çəkindikləri üçün kollektiv müqavilə tətbiq etmirlər. Fikrimizcə, transmilli şirkətlər ölkəmizdəki həmkarlar ittifaqından qorxmamalıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu tip özəl şirkətlərə həmkarlar komitəsinin yaradılması ilə bağlı müraciət etsə də, əksər hallarda müsbət cavab almır. Özəl şirkətlərin imtinasına səbəb işçilərdən hesablanan 2 faizlik üzvlük haqqı yox, həmkarlar ittifaqının nüfuzudur. İşəgötürənlər həmkarlar ittifaqının olmaması səbəbindən kollektiv müqavilə tətbiq etmirlər ki, bu da əməyin normasının yaxşılaşdırılmasının rəsmiləşdirilməsində problemlər yaradır.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər